Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rza Hacıyevin adı hallanan qətl “ürək tutması” ilə ört-basdır olunur


“Mardan Palace”dəki ölüm işinə dair yeni təfərrüatlar; gənc xanım Arzu Zeynalovanın əvvəllər səhhətində problemlər olmasa da, ortaya saxta diaqnoz qoymaq istəyirlər


Sabiq polis rəisi Rza Hacıyevin Türkiyədə öldürdüyü iddia edilən qadınla bağlı araşdırmamız davam edir. 

Əldə etdiyimiz son məlumatlara görə, R.Hacıyevlə Arzu Zeynalova 7-8 il öncə tanış olublar. Həmin vaxt R.Hacıyev Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsini daşıyıb. Həmin vaxt A.Zeynalovanın 21-22 yaşı olub. Bu ilin sentyabrında isə A.Zeynalovanın Türkiyədə, məşhur milyarder Telman İsmayılova məxsus “Mardan Palace” otelində meyiti aşkarlanıb. 

Yayılan xəbərlərə görə, A.Zeynalova həmin otelə R.Hacıyevlə gedib. Aralarında yaranmış mübahisə zəminində sabiq polis rəisi qadını döyüb və qadın ölüb. Onun meyiti Bakıya gətirilərək “Qurd qapısı” adlanan qəbiristanlıqda dəfn olunub. Belə məlumat da vardı ki, qadının dəfn xərclərinə R.Hacıyev 8 min manat xərcləyib.  Aldığımız son məlumata görə, 1988-ci il təvəllüdlü Arzu Qəmbər qızı Zeynalovanın əvvəllər səhhətində problemlər olmayıb. Buna baxmayaraq, onun ölümünü “ürək tutması” diaqnozu ilə ört-basdır edilməsi yönündə iş aparılır. R.Hacıyev bu qətlin təsadüfi ölüm kimi qiymətləndirilməsi üçün bütün imkanlarını işə salıb. Onun bu iş üçün böyük vəsait xərcləməsi də gələn xəbərlər sırasındadır. 

Qeyd edək ki, A.Zeynalovanın yaxınlarından biri redaksiyamıza ünvanladığı məktubda qadının Rza Hacıyevin sevgilisi olduğunu və Türkiyəyə istirahətə gedəcəkləri haqda məlumatlı olduğunu demişdi. Həmin qadın redaksiyamıza göndərdiyi məktubda yazırdı: “Mən hazırda İstanbulda yaşayıram. Arzu Antalyaya getməzdən əvvəl mənimlə telefonla danışdı. Dedi ki, mən Rza ilə  Antalyaya gedəcəyəm. Ordan da İstanbula gələcəyəm, görüşərik demişdi. Arzunu o adam öldürüb. Bunu mən bilirəm. Onlar bərabər idilər. Mən ”Mardan Palace" hotelindən də məlumat alacağam. O adamın oraya nə vaxt giriş-çıxış elədiyini isbatlamağın qarşısı alınır, hər şeyi gizləyirlər. Amma mən bu ölümün gizlinlərinin ortaya çıxmasını istəyirəm". 

Polis polkovniki olan R.Hacıyev bu ilin fevralında Neftçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən yaş həddi ilə bağlı azad olunaraq təqaüdə göndərilib. O, sonuncu iş yeri olan Neftçala RPŞ-yə Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılandan aylar sonra, 2009-cu ildə təyin olunmuşdu. 2008-ci ildə R.Hacıyevi Sabunçu RPİ-nin rəisi vəzifəsindən evində baş verən müdhiş oğurluğa görə çıxarmışdılar. 

Həmin vaxt R.Hacıyevin sürücüsü polis rəisinin ailə üzvlərindən biri ilə evdən qızıl-zinət və xeyli pul götürərək Rusiyaya qaçmışdılar. Sonradan R.Hacıyevin ümumilikdə 1 milyon manatlıq mal-pulunun oğurlandığı bildirildi.  Bu hadisənin sorağı ölkə rəhbərliyinə çatandan sonra ən yuxarı səviyyədə R.Hacıyevin tutduğu vəzifədən azad edilməsi istənilmişdi. Arqument kimi isə “öz evini qoruya bilməyən rəis rayonu necə qoruya bilər” fikri səsləndirilmişdi.

R.Hacıyev qətllə bağlı xəbəri təkzib etmişdi. O, Türkiyədə sonuncu dəfə bu ilin yazında olduğunu demişdi. Sabiq rəis hazırda Bakıda istirahət etdiyini söyləmişdi. Bildirək ki, redaksiyamıza daxil olan məlumata görə R.Hacıyevi Türkiyədə, “Mardan Palace” otelində 24 yaşlı Arzu Zeynalovanı öldürməsi haqda yayılan məlumatlarla bağlı dindiriblər. Hələlik şahid qismində dindirilən sabiq rəisin istintaqa cəlb olunma ehtimalının böyük olduğu da bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən R.Hacıyevin iş üzrə dindirilməsi xəbərini təkzib etməmişdilər. Sorğumuza verilən cavabda Rza Hacıyevin istintaqa çağırılaraq dindirilməsi təkzib olunmurdu.

Mövzuya qayıdacağıq.(müsavat.com)
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Gürcüstanın baş naziri ABŞ-a səfər etməkdən imtina edib

Ən çox oxunanalar