Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın tapdığı koronavirus vaksini ətrafında qalmaqal bitmir

Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin ölkədə istehsal olunan koronavirus infeksiyasına qarşı vaksinin dünyada rəsmi olaraq qeydiyyatdan keçən ilk peyvənd olduğunu açıqlayıb. Onun sözlərinə görə, Rusiyada inkişaf etdirilən peyvənd həqiqətən effektiv təsir göstərir və stabil immunitet yaradır.

Rusiya lideri qızlarından birinin koronavirusa qarşı peyvənd olunduğunu da açıqlayıb: “Qızlarımdan biri özünə belə bir peyvənd elətdirdi. O, bu mənada eksperimentdə iştirak edib. İlk peyvənddən sonra onun temperaturu 38, ertəsi gün 37 dərəcə oldu və bu qədər...”

Rusiya Prezidenti Vladimir Putinin ilk qeydiyyatdan keçmiş koronavirus peyvəndi ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Məsələ ilə bağlı ÜST-də açıqlama yayıb. ÜST-ün sözçüsü Tarik Yasareviç bildirib ki, Rusiya istehsalı koronavirus peyvəndinin ÜST standartlarına uyğun olub-olmaması müzakirə olunur.

Qamaleya Mərkəzinin hesabatında dünyada ilk qeydiyyatdan keçən və Rusiya istehsalı olan koronavirus vaksininin xeyli sayda yan təsirləri meydana çıxdığını açıqlayıb. Qurumun hesabatında qeyd edilib ki, təcrübə altında olan 38 nəfərdə 144 yan təsirlər aşkarlanıb. Əksəriyyəti fəsadsız keçsə də, araşdırmanın 42-ci günündə onlardan 31 yan təsir keçməyib (immunoloji göstəricilərin laborator pozuntular qeydə alınıb).

Bildirilib ki, peyvəndlənmədən sonra könüllülərdə şişkinlik, ağrı, hipertermiya, preparatın vurulduğu yerdə qaşıntılar qeydə alınıb. Ümumilikdə könüllülərdə asteniya, əzginlik, pireksiya, hərarətin yüksəlməsi, iştahsızlıq, başağrısı, diareya, udlaq ağrıları, burnun tutulması və s. problemlər aşkarlanıb.

Bundan başqa, vurğulanıb ki, preparat yaşı 18-60 arası olan insanlara vurula bilər. Beləliklə, vaksin uşaq və pensionerlər üçün nəzərdə tutulmayıb. Bu, araşdırmanın dar çərçivədə aparılması ilə əlaqədardır. Peyvənd həmçinin hamilə və uşaq əmizdirən analara qadağandır.

Peyvənd ətrafında gedən mübahisələr bu gün də davam edib. Rusiya Səhiyyə Nazirliyinin Etik Şurasının rəhbəri Aleksandr Çuçalin vəzifəsindən istefa verib.

Çuçalin istefa verdiyini elan edərkən qeydiyyata alınan koronavirusa qarşı vaksindən danışıb. O peyvəndin hazırlandığı “Gamaleya” Araşdırma Mərkəzinin direktoru Aleksandr Qintsburq və Rusiya Ordusunda polkovnik vəzifəsini icra edən viroloq, prof. Sergey Boriseviçdən peyvəndlə bağlı istər Rusiya, istərsə də beynəlxalq səviyyədə qəbul edilmiş nəzarət protokollarının həyata keçirilib-keçirilmədiyini soruşduqda “xeyr” cavabını aldığını bildirib. O, bu vəziyyəti qəbul edə bilməyəcəyini deyərək istefa verib.

Bəs, azərbaycanlı həkimlər peyvənd haqqında nə düşünür?
Musavat.com-a ilk vaksin ilə bağlı danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, vaksini ilk olaraq ÜST qəbul etməlidir:

“Birincisi, vaksini ÜST qəbul etməlidir. Qurum araşdırmalıdır ki, icad olunan vaksin standartlara uyğundur, ya yox. İnsanlar üzərində tətbiq etdikdə yan təsirləri olacaqmı? Rusiyanın vaksini tapması hələ heç nə demək deyil. Hər şey ÜST-ün açıqlamasından asılıdır. ÜST vaksini qəbul etdikdən sonra onun doğru müalicə üsulu olduğu bəlli olacaq”.

pia.az 


Etiket: Vaksin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

Ən çox oxunanalar