Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın avtomobil sənayesi çökür - "Payızda tətillər, etiraz aksiyaları sürətlənəcək"

"Qərbin sanksiyalarının ən çox təsir etdiyi sahələrdən biri də Rusiyanın avtomobil sənayesidir. Hazırda AvtoVAZ-ın istehsal gücünün 6 faizi istifadə olunur, UAZ aprelin 30-dan avtomobol istehsalını dayandırır, KaMAZ-ın istehsalında isə problemlər yaranıb, Toyota, Nissan, Volkswagen və digər xarici şirkətlər ölkədə avtomobil yığılmasını məhdudlaşdırıb".

"AzPolitika.info" xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu məlumat verib.

O, rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin mart ayında ölkədə avtomobil istehsalı ötən ilin mart ayı ilə müqayisədə 70,5 faiz, əvvəlki ayla müqayisədə 60,5 faiz azalıb, apreldə istehsalın ötən ill müqayisədə 80 faizdən də çox azalacağı proqnozlaşdılır.
Ətraflı

"Bu tendesiya Rusiyada yeni avtomobillərin qiymət bahalaşmasına, köhnə avtomobillərə də xidmət xərclərinin artmasına gətirib çıxarıb", - o qeyd edib.

Q.İbadoğlunun sözlərinə görə, eyni problem bir neçə aydan sonra Rusiya aviasiya və gəmiqayırma sənayesində də müşahidə olunacaq: "Komplektləşdirici hissələrin təminatında yaranmış problemlər texnoloji məhsul istehsalının daynmasına və məhdudlaşdırılmasına gətirib çıxaracaq ki, bu da milyonlarla iş yerlərinin bağlanması deməkdir. Ən geci payızda Rusiyada tətillər və sosial-iqtisadi tələblərlə etiraz aksiyaları kütləviləşəcək. Bu situasiya Azərbaycan avtomobil bazarını da təsirləndirəcək və qiymətlərə artırıcı təsir göstərəcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Polis saxta generalı dələduzluğa görə saxladı

Ən çox oxunanalar