Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada “Vikipediya” da əngəllənə bilər

Rusiyada girişinə məhdudiyyət qoyulmuş saytların sırasına “Vikipediya” da qoşula bilər...

Buna səbəb martın 1-də Rusiyada VPN xidmətləri də daxil olmaqla məhdudiyyətdən yan keçmə vasitələrinin reklamını və ya yayılmasını qadağan edən qanunun qüvvəyə minməsidir.

“Report” xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Anton Qorelkin teleqramda yazıb.

Qorelkin blokdan yan keçməyin yollarını təsvir edən və həmçinin bu üsullardan istifadə etməyi tövsiyə edən viki məqaləsinə diqqət çəkib.

“Vikipediyanı bloklamaq üçün qanuni əsaslar var, bunun istifadəçilər arasında ciddi narahatlığa səbəb olmamasını təmin etmək qalır”, – o yazıb.

Onun sözlərinə görə, “bu resursda mövcud olan bütün qiymətli bilgilərin artıq surəti çıxarılıb, ensiklopedik standartlara uyğunlaşdırılıb və Runetdə yerləşdirilib”.

O, Vikipediya məqaləsinə keçiddən sonra istifadəçiyə yazının “Rusiya analoqlarından birində təhlükəsiz versiyasını” açmağı təklif edilməsini irəli sürüb.

Deputat əlavə edib ki, bunun üçün lazım olan texniki həll artıq İnternet Texnologiyaları üzrə Regional İctimai Mərkəz tərəfindən hazırlanır.

Xatırladaq ki, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) “Wikimedia Foundation” qeyri-kommersiya təşkilatını dəfələrlə cərimələyib. İddialara səbəb layihənin Rusiya hərbçilərinin Ukraynadakı hərəkətləri ilə bağlı məlumatları silməkdən imtina etməsi olub.

Dekabr ayında “Wikimedia.ru”ya dəstək icması bağlandığını elan edib.

Poliqon.info


Etiket: Wikipediya Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Ağsuda “Kamaz” yol kənarına aşıb, bir nəfər xəsarət alıb

Ən çox oxunanalar