Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada qaz hasilatı öz tarixinin rekord həddə azalıb...

Ukrayna ilə bağlı güzəştləri təmin etmək üçün Avropanı dondurmaq cəhdind\ki uğursuzluğu Rusiyanın qaz sənayesi üçün müasir tarixinin yarım əsrində görmədiyi iflasa səbəb olub...

Hətta müharibənin bitdiyi hipotetik ssenaridə belə Putin rejimi dağılır və Moskva Qərblə münasibətləri normallaşdırmağa nail olsa belə, Avropanın qaz bazarına qayıtmaq heç də asan olmayacaq.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin araşdırmasında bildirilir.

Agentlik qeyd edir ki, Rusiyada qaz hasilatı ikinci ildir ki, ikirəqəmli sürətlə azalır və Rosstatın statistikasına görə, müharibədən əvvəlki səviyyə ilə müqayisədə hazırda hasilat 24% azalıb.

May ayında rəsmi məlumatlara görə, ölkədə 48,2 milyard kubmetr qaz hasil edilib, baxmayaraq ki, 2022-ci ilin eyni ayında bu, 57,5 milyard kubmetr, müharibədən əvvəlki 2021-ci ilin mayında isə 63,1 milyard kubmetr olub.

Müqayisə edilə bilən çöküş 20%-dir və Rosstat tərəfindən belə bir azalma yalnız bir dəfə, 2009-cu ildə qlobal maliyyə böhranı fonunda qeydə alınıb. Lakin daha sonra qlobal iqtisadiyyatın bərpası ilə qaz hasilatının həcmi bir ildən az müddətdə normal vəziyyətə düşüb.

Bloomberg yazır ki, SSRİ-nin dağılmasından sonra, qaz sənayesi dörd il dalbadal daraldıqda belə, qazın hasilat həcmi o qədər də sürətlə aşağı düşmədi: 1991-ci ildə Rusiya qaz hasilatı 643 milyard kubmetridi. Postsovet dönəmin ən pis vaxtı olan 1997-ci ildə isə bu göstərici 571 milyard (-11%) olub.

Agentlik qeyd edir ki, dünyanın ən böyük qaz ehtiyatlarına malik olan və bütün ehtiyyatı 67 trilyon kubmetr hesablanan Rusiya, Kremlin avropalı müştərilərdən tədarükün haqqını “rublla” ödəməsini tələb etməsindən sonra isə qazı sata bilmədi, sonra isə ultimatumu qəbul etməkdən imtina edən bütün ölkələri ardıcıl olaraq təchizatı dayandırdı.

Bloomberg hesab edir ki, hakimiyyət şərqə qaz axınını genişləndirmək və Türkiyədə “qaz qovşağı” yaratmaq ümidini qorusa da, əslində əlavə qaz satmaq üçün heç bir yer yoxdur. Hazırda illik təxminən 90 milyard kubmetr hasilat alıcısız qalıb.

Çin, “Sibirin Gücü” qaz kəmərinin istismarı planına əsasən, bu il Rusiyadan 22 milyard kubmetr qaz alacaq. Bu, Avropa İttifaqının müharibədən əvvəlRusiyadan idxal etdiyi qazdan 7 dəfə azdır. Prezident Vladimir Putinin Kremldə Si Tsinpinlə görüşdə səsləndirdiyi “Sibirin Gücü” kəmərinin həcmini 100 milyard kubmetrə çatdırmaq təklifi isə cavabsız qalıb. Əçin buna razılıq versə belə, yeni kəmərin tikintisi milyardlarla dollara başa gələcək və inşası ən azı beş il çəkəcək. Hazırda isə Rusiya qaz boru kəməri əvəzinə Çin, Türkmənistandan çəkilən qaz kəməri layihəsinə yaşıl işıq yandırdı.

Bloomberg yazır ki, hətta müharibənin bitdiyi hipotetik ssenaridə belə Putin rejimi dağılır və Moskva Qərblə münasibətləri normallaşdırmağa nail olsa belə, Avropanın qaz bazarına qayıtmaq heç də asan olmayacaq, Wood Mackenzie-nin neft və qaz tədqiqatları şöbəsinin rəhbəri Yekaterina Filippenko bu barədə deyir: “ Rusiya Avropada biznes və hökumətlərin etimadını qırıb. Və bu inamı bərpa etmək və hər hansı əlavə həcmdə (qaz) geri qayıtmaq üçün vaxt lazımdır”.

Qeyd edilir ki, ötən il “Qazprom” xarici bazarlara 100 milyard kubmetr qaz satıb ki, bu da Sovet İttifaqının son illərindən bəri ən kiçik həcmdir. Elə həmin il hökumətin proqnozuna görə, ixrac daha yarıya qədər azalacaq və 1970-ci illərin sonundan bəri rekord həddə - təxminən 50 milyard kubmetr olacaq.

Alfa Bank-ın baş analitiki Nikita Blokhin xəbərdarlıq edir ki, nəticədə “Qazprom” gələcək illərdə öz maliyyə sabitliyi üçün ciddi təhlükə ilə üzləşə bilər.

Bloomberg qeyd edir ki, 2022-ci ildə şirkətin xalis mənfəəti 41% azalıb və ilin ikinci yarısında “Qazprom” 1,2 trilyon rubl xalis zərərlə işləyib. Şirkətin “nağd pul yastığı” il ərzində iki dəfə azalıb – 2 trilyon rubldan 1,1 trilyon rubla düşüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar