Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada prezident seçkilərinin sonuncu günüdür

Rusiyada növbədənkənar prezident seçkilərinin sonuncu günüdür...

“Report” xəbər verir ki, yerli vaxtla 08:00-da açılmış seçki məntəqələri 20:00-da bağlanacaq, ilk nəticələr isə Moskva vaxtı ilə 21:00-da (Bakı vaxtı ilə 22:00) bəlli olacaq.

Son məlumata əsasən, seçici aktivliyi 60 faizdən bir qədər azdır – 58,75 %. Ölkə xaricində martın 1-dən erkən səsvermə çərçivəsində 41 ölkədə 62 791 seçici səs verib. Erkən səsvermələrdən biri də martın 10-da Gəncə şəhərində baş tutub.

Seçkilərin sonuncu günündə Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsində seçki məntəqəsi fəaliyyət göstərir. Bakıdakı məntəqə seçki komissiyasının katibi, diplomatik nümayəndəliyin müşaviri Roman Popov TASS-ın müxbirinə deyib ki, “səsvermə prosesi maksimum demokratik keçirilir”.

Səsvermədə birinci səs vermiş səfir Mixail Yevdokimov isə Azərbaycana təşəkkürünü bildirib:

“Biz Azərbaycan hakimiyyətinə səsvermə üçün ən əlverişli şərait yaratdıqlarına görə minnətdarıq”

Səsvermə zamanı təhlükəsizliyi Azərbaycan polisi və səfirliyin mühafizə xidmətinin əməkdaşları təmin edirlər.

Seçkilər martın 15-dən 17-dək keçirilir, Rusiya regionlarının üçdə birində səsvermə həm də elektron şəkildə aparılır.

Qeyd edək ki, hazırkı prezident Vladimir Putinin seçkilərdə üç opponenti var. Dövlət başçısı ilə yarışmağa Kommunist Partiyasından Nikolay Xaritonov, Rusiya Liberal-Demokratik Partiyasından Leonid Slutskiyə və Dövlət Dumasının sədr müavini Vladislav Davankova imkan verilib. Onlardan heç biri nə Rusiyanın Ukraynadakı müharibəsini, nə də birbaşa Putini tənqid edir.

Müstəqil namizədlər isə seçkilərə buraxılmayıb. Mərkəzi Seçki Komissiyası həm jurnalist Yekaterina Duntsova, həm də Vətəndaş Təşəbbüsü Partiyası tərəfindən namizədliyi irəli sürülmüş siyasətçi Boris Nadejdini qeydiyyata almaqdan imtina edib. Hər ikisi müharibəni tənqid edir və savaşın dayandırılmasının tərəfdarıdırlar.

Gözəçarpan bir kampaniya aparan yeganə şəxs Vladimir Putin olub. Bu onun beşinci seçkisidir. Fevral və mart aylarında Putin fəal şəkildə ölkəni gəzib: hərbçilər, işçilər, alimlər, fermerlər və gənclərlə görüşüb. Bütün bu görüşlər seçkiqabağı tədbir olsa da, onlarda “seçki” çağırışları səslənməyib.

Qalan namizədlər isə diqqəti özlərinə cəlb etməməyə çalışıblar. Səsvermənin yeganə intriqası onlardan hansının ikinci yeri tutacağı və hansı nəticə ilə olacağıdır.

Bundan başqa, 2024-cü ildə Rusiya prezidenti ilk dəfə Ukraynanın 4 vilayətinin – Zaporojyenin, eləcə də Xerson, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərində (ilhaq edilmiş Krımda prezident seçkiləri artıq 2018-ci ildə keçirilib) seçilir.

Bu bölgələrdə sakinlər də seçicilərin yaşadıqları hərbi vəziyyət şəraitinə uyğunlaşdırılaraq seçkilərdə fəal iştirak etməyə məcbur edilirlər.

İlhaq edilmiş ərazilərdə səsvermə erkən başlayıb. Bölgələrdə seçki məntəqələri fəaliyyət göstərir, lakin yerli qondarma hakimiyyət sakinləri evdə səs verməyə təşviq edir. Nəticədə komissiya üzvləri silahlı şəxslərin müşayiəti ilə birbaşa yaşayış yerinə gəlirlər.

Poliqon.info


Etiket: Rusiya Seçkilər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar