Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada benzin bahalaşdı: Hökumət hərəkətə keçdi


Ötən həftə ərzində Rusiyada benzinin pərakəndə satış qiymətlərində ciddi artım baş verib


Musavat.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Aİ-92 marka benzin 90 qəpik bahalaşaraq 42,21 rubla, Aİ-95 marka benzin isə 88 qəpik bahalaşaraq 45,5 rubla çatıb. Dizel yanacağının da qiymətindsə 88 qəpiklik artım baş verib və litri 45,5 rubla satılmağa başlayıb.

Bahalaşmanın əsas səbəbi kimi satıcıların əllərində olan ucuz məhsulun tükənməsi göstərilir. Belə ki, neftin dünya bazar qiymətinin artması ilə bağlı son həftələrə benzin istehsal edənlər topdansatış qiymətlərini yüksəldiblər.

Hökumət bahalaşmanın davam etməməsi üçün tədbirlər paketi hazırlayıb. Belə ki,  Əmtəə Bazarları Şurası bir müddət əvvəl bahalaşmanın qarşısını almaq üçün baş nazirə təkliflər göndərib. Təkliflərdə neft məhsullarına tətbiq olunan aksizlərin hər litr üçün 2-3 rubladək azaldılması nəzərdə tutulur.

Baş nazir Dmitri Medvedyev hökumətə mayın 28-dək benzin və dizel yanacağına aksizlərin azaldılması üzrə tədbirlər hazırlamağı tapşırıb. Dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək. Hökumət bununla pərakəndə bazarda neft məhsullarının bahalaşmasının qarşısını almağı nəzərdə tutur.

Baş nazirin müavini Dmitri Kozak bildirib ki, aksizlər dizelə görə hər litr üçün 2 rubl, benzinə görə isə 3 rubl olacaq. Onun sözlərinə görə, hökumət bu addıma ona görə gedir ki, 2010-cu ildən bəri motor yanacağına aksizlər 2,5 dəfə artırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Zakir Həsənov: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Ən çox oxunanalar