Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada 2 məşhur azərbaycanlı arasında gərginlik - Frenk – Fuad davası

Rusiyada yaşayan iki məşhur azərbaycanlı arasında gərginlik yaşanır

Milyonçu Fizuli Məmmədov (Frenk Elkeponeye) jurnalist Fuad Abbasova qarşı sərt ittihamlar səsələndirib, onu təxribat törətməkdə, azərbaycanılıların diaspor işində maneələr yaratmaqda ittiham edib. Bununla bağlı Fizuli Məmmədov özünün feysbuk hesabında yazıb:

"Diaspor fəaliyyətinin nüanslarını bilməyən, diaspor fəaliyyətindən xəbərsiz olan soydaşlarımızı aldatmaq məqsədi ilə özünü Rusiyadakı azərbaycanlıların qəhrəmanı elan edən Fuad Abbasov "Misra” adlı veb-saytında yenə saxtakarlıqla, provokasiya ilə məşğuldur. Fuad son açıqlamasında bildirir ki, guya, AZƏRROS prezidentliyinə mənim namizədliyim irəli sürülüb və "ümümxalq səsverməsi” keçiriləcəyi planlaşdırılır. Mən Məmmədov Fizuli Məmməd oğlu rəsmi olaraq bəyan edirəm ki, AZƏRROS-la bağlı heç bir seçkiyə qatılmamışam, bu tamaşa provokasiya xarakteri daşıyır və heç bir hüquqi əsasa söykənmədiyi üçün hüquqi qüvvəsi ola bilməz. Dünya Azərbaycanlıları Mədəniyyət Fondu və 27 aprel 2019-cü ildə Rusiya Federasiyasının əksər əyalətlərinin dəstəyi ilə yaradılan RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQININ prezidenti postlarını qürur və şərəflə daşıyan azərbaycanlı kimi AZƏRROS-a ayıracaq nə vaxtım, nə istəyim var. Saxta vətənpərvərlərin hazırladığı bu provokasiyanın əsas məqsədi mövcud vəziyyəti müsbətə doğru dəyişdirmək yox, soydaşlarımızın milli hisslərindən istifadə edərək xal qazanmaq, şəxsi büdcələrini doldurmaqdır.
Ehtiyatlı olun, dələduz var!”

Soydaşlarımız tərəfindən birmənalı qarşılanmayan bu statusa Fuad Abbasov qısa cavab verib: "İtalyalı biznesmen Frenk Elkeponeye jurnalist Fuad Abbasovdan müraciət: "Düşmənlə mübarizə aparmaq lazımdır, jurnalistlə deyil!!!"

Qeyd edək ki, tanınmış azərbaycanlı jurnalist Fuad Abbasovun Azərbaycan və Türkiyənin müxtəlif problemlərinin Rusiyada qabardılması istiqamətində xeyli işlər görüb. Buna görə işdən qovulub, hətta ermənilər təırəfdən ölümlə də təhdid olunub. Maraqlıdır ki, onun həyatına təhlükə yarandığı bir vaxtda Fizuli Məmmədov onun müdafiə olunması üçün azərbaycanlılara müraciət etmişdi. Hətta onu qorumaq üçün zirehli avtomobil alacağını da bildirmişdi. Bundan cəmi 2-3 ay sonra həmin adamı təxribatda suçlamaq müəyyən suallara yol açıb.

Diaspor fəaliyyəti ilə məşğul olan bəzi sosial şəbəkə istifadəçilərinin iddialarına görə, tərəflər arasındakı gərginlik heç də milli maraqlara, diaspor fəaliyyətinə görə deyil. (BakuPost)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Neftçalada üzərində güllə izi olan kəllə skeleti tapıldı - Foto

Əməkdar artist Hissi tanımadı: “Hissdir, kömürdür, bilmirəm” - Video

Ən çox oxunanalar