Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Türkiyə “Suriya alması”nı bölüşə biləcəkmi? - Ankara Suriyada anti-terror əməliyyatı başladır...

Artıq Suriyada da diplomatiya öz yerini silahlara verməkdədir...

Politoloq: “İnanmıram ki, Ukrayna böhranı fonunda Suriyaya görə Rusiya və Türkiyə ilə qarşı-qarşıya gələ və bir-birilərinə problem yaradalar”.

“Düşünmürəm ki, Rusiya-Ukrayna müharibəsindən Türkiyə istifadə edərək Suriyasa anti-terror əməliyyatlarına başladır. Onsuz da Türkiyə Suriyanın şimalında bundan əvvəl 4 anti-terror əməliyyatı həyata keçirmişdi”.

Bu sözləri politoloq Samir Hümbətov Türkiyənin Suriyanın şimalında başlatdığı anti-terror əməliyyatlarını PİA.az-a şərh edərkən qeyd edib.

Rəsmi Ankara ötən gün Şimali Suriyada anti-terror əməliyyatına başlayacağını açıqladı. Digər tərəfdən də Rusiya-Ukrayna savaşı ilk gündə olduğu kimi nəticəsi bilinməz olaraq davam edir. Rusiya-Ukrayna bütün dünyada siyasi-hərbi böhranı dərinləşdirib. Bəzi məlumatlara görə isə Rusiya Türkiyənin başlayacağı əməliyyatın qarşısını almaq üçün Şimali Suriyaya ordu toplayır. Görünən odur ki, artıq diplomatiya öz yerini silahlara verməkdədir.

Qeyd edək ki, artıq Rusiya da Türkiyənin Suriyanın əməliyyat keçirmək istədiyi ərazilərə ordu toplaması haqda məlumat daxil olmaqdadır. Rəsmi Moskva Türkiyənin yeni əməliyyatına qarşı açıqlamalar verməkdən çəkinsə də, yerli mənbələr Rusiyanın əməliyyat keçirilməsi nəzərdə tutulan Menbiç bölgəsində aktivləşdiyini bildidirlər. Eyni zamanda Bəşər Əsədə bağlı hərbi birliklər də əraziyə sövq edilir.

Bir çoxlarına görə Ərdoğanın anons etdiyi yeni əməliyyatdan ABŞ-dan daha çox Rusiyanın narahat olduğunu qeyd edirlər. Lakin hələ ki, Moskva Ukrayna müharibəsi fonunda bu narahatlığını və narazılığını dilə gətirə bilmir. Çünki bu durumda Moskva Ukraynada həyata keçirdiyi “xüsusi hərbi əməliyyat”ın “legitimliyini” şübhə altına ala bilər. Hətta bu günlərdə bununla bağlı sualı cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova etiraf edib ki, Türkiyənin öz təhlükəsizliyini təmin etmək məqsədi ilə Suriyanın şimalında əməliyyat keçirmək haqqı legitimdir.

Lakin bütün bunlara baxmayaraq yaxın günlərdə Rusiyanın Suriyada Türkiyə ilə üz-üzə gəlməsi də qaçınılmaz görünür. Ərdoğan isə yeni əməliyyatın keçirilmə zərurətini ABŞRusiyanın öz sözlərin tutmaması ilə əlaqələndirir ki, bu da qarşıdurma üçün yeni zəmin formalaşdırmaqdadır.

Baş verən hadisələr fonunda Türkiyə-Rusiya münasibətlərini PİA.az-ın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Düşünürəm ki, Suriya məsələsində Rusiya müəyyən qədər geri addım atacaq. Hətta mən gözləyirəm ki, Rusiya Qarabağ məsələsində də geri addım atacaq”.

Ukraynada baş verən proseslərlə bağlı olaraq Rusiya qoşunlarının bir hissəsinin Suriyadan çıxardığını bildirən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, haxırda Suriyada İrana bağlı olan “Hizbullah” silahlı qüvvələri rus qoşunlarının yerini alır:

Suriyanın şimalında hələ də PPK, YPG-nin və buna bağlı digər ünsürlərin hakomoyyət strukturları qalmaqdadır və bu hakimiyyət Suriyada heç də kiçik bir ərazini əhatə eləmir. Demək olar ki, hazırda Suriyanın dörddə bir hissəsi, xüsusən də neftlə zəngin olan Şimali Suriya PPK, YPG-nın nəzarəti altındadır. Türkiyə isə artıq neçə ildir tələb edir ki, əslində PPK-ya aid olan YPG silahlıları Türkiyə sərhədindən geri çəkilsin. Bunun üçün Türkiyə bu günə qədər 4 əməliyyat həyata keçirib. Hazırda əməliyyat nəzərdə tutulan Menbiç bölgəsi isə ABŞRusiyanın verdikləri sözə görə YPG-nin nəzarətində qalıb. Əslində isə hər iki dövlət söz vermişdi ki, YPG silahlılarını Türkiyə sərhədindən 30 km uzaqlaşdıracaq. Bu baş vermədiyinə görə də Türkiyə qəti olaraq qərar verib. Türkiyə həmin ərazidə, öz sərhədindən 30 kilometr ərazilərdə anti-terror əməliyyatları həyata keçirəcək. Bununla da Türkiyənin Suriya ilə sərhədində təhlükəsizlik zolağı tam formalaşacaq.

Mən bu gün Suriyada yaşanan gərginliyi heç də Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirməzdim. Rusiya-Ukrayna müharibəsi artıq 3 aydan artıqdır ki, davam edir. Görünür hələ də davam edəcək. Düşünmürəm ki, Rusiya-Ukrayna müharibəsindən Türkiyə istifadə edərək Suriyasa anti-terror əməliyyatlarına başladır. Onsuz da Türkiyə Suriyanın şimalında bundan əvvəl 4 anti-terror əməliyyatı həyata keçirmişdi və Ukraynadakı müharibə olmasaydı da bu əməliyyat anons olunacaq və keçiriləcəkdi.

Əslində Ukrayna müharibəsində ciddi resurs çatışmamazlığı yaşayan Rusiya Suriyadakı qoşunların bir hissəini çıxarır. Hətta verilən məlumatlarda bildirilir ki, Suriyada İrana bağlı olan “Hizbullah” silahlı qüvvələri silahlı qüvvələri rus qoşunlarının yerini alır. Bir müddət öncə Əsəd də bununla bağlı İrana səfər etdi və orada görüşlər keçirdi. Rusiya Suriyadakı yerini tam olmasa da İrana verməyə çalışır. Yəni Rusiya İran vasitəsi ilə az bir qüvvə Suriyaya hakim olmağa cəhd edir.

Samir Hümbətov: “Qərbin də bu gün atdığı addımlardan əsas məqsəd bundan ibarətdir ki, Rusiya zəifləsin və bölgədə, dünyada olan rus hərbi bazaları yavaş-yavaş oradan çıxarılsın”.

Düşünmürəm ki, Rusiya o qədər avantürist cəsarətə sahib ola ki, Ukrayna ilə bacara bilmədiyi və müharibə artıq dalan dirəndiyi, hətta Rusiyanın məğlubiyyətinin işartıları ortada olduğu halda Suriyada Türkiyə ilə qarşı-qarşıya gəlsin. Bu Rusiya üçün ciddi geosiyasi səhv olardı və mən hesab eləmirəm ki, Kremldə belə bir səhvə yol verilsin. Bu Rusiyanın sonu demək olar. Buna görə də Rusiya bunu etməz. Eyni zamanda Rusiya və Türkiyə arasında iqtisadi, siyasi sahədə əməkdaşlıq mövcuddur. İstər Putin, İstərsə də Ərdoğan bütün məsələlərdə bir-birlərinə qarşı anlayış göstərirlər. Türkiyə üçün Rusiya həm də ciddi ticarət ortağı hesab olunur. Rus turistlərinin ən çox istirahət etdikləri ölkələrdən biri də Türkiyədir. Ona görə də hesab edirəm ki, problem diplomatik yolla öz həllini tapacaq.

Digər tərəfdən mən inanmıram ki, Ukrayna böhranı fonunda Suriyaya görə Rusiya və Türkiyə ilə qarşı-qarşıya gələ və bir-birilərinə problem yaradalar. Düşünürəm ki, Suriya məsələsində Rusiya müəyyən qədər geri addım atacaq. Hətta mən gözləyirəm ki, Rusiya Qarabağ məsələsində də geri addım atacaq. Yəni Ukraynada müharibə bir neçə ay da davam etsə, düşünürəm ki, Rusiya problemlər yaşayacaq. Bu problemi yaşadığı müddətdə də artıq məcburən Rusiya müxtəlif bölgələrdə yerləşdirdiyi qoşunları yavaş-yavaş oradan çıxarmağa başlayacaq.

Qərbin də bu gün atdığı addımlardan əsas məqsəd bundan ibarətdir ki, Rusiya zəifləsin və bölgədə, dünyada olan rus hərbi bazaları yavaş-yavaş oradan çıxarılsın. Bütün bunlara görə fikirləşirəm ki, rus-türk müharibəsinin və qarşıdurmasının olması indiki vəziyyətdə o qədər də real görünmür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Ən çox oxunanalar