Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Qarabağa “sülhməramlı” adı altında hərbi qüvvə yeritdi” - Politoloq

Müstəqil ekspert: “Rusiyanın hazırkı sülhməramlı təşəbbüsü heç bir beynəlxalq mandata əsaslanmır”

Rusiyanın Qarabağda “sülhməramlı” missiyasının əsas məqsədi heç də regionda qalıcı və etimadlı sülhə nail olmaq deyil”.

Bu sözləri politoloq Nəsimi Məmmədli Rusiya sülhməramlılarının Qarabağda etimad qazanıb qazanmayacağını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan ictimaiyyəti noyabrın 10-da sülhməramlı sözü ilə yenidən rastlaşdı. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşnyan arasında imzalanan bəyanatla cəbhədə atəşkəs elan edildi.

Lakin hazırda Rusiyanın sülhməramlı adı altında Dağlıq Qarabağa yerləşdirdiyi texnika nə hücum silahları onu deməyə əsas verir ki, Moskvanın məqsədi heç də sülhməramlı qüvvə kimi fəaliyyət göstərmək deyil. Xüsusən Rusiyanın KəlbəcərLaçın da daxil olmaqla bütün ərazini öz nəzarəti altına almaq niyyəti açıqca görünməkdədir.

Hazırda Rusiya sülhməramlı qüvvələrlə bağlı yaranmış vəziyyəti PİA.az-ın əməkdaşı politoloq Nəsimi Məmmədliyə müzakirə edib.

Nəsimi Məmmədli: “Rusiya dünyanın heç bir yerinə sülh aparmayıb və apara bilməz”.

Rusiyanın bütün tarix boyu bu bölgədə fəlakət toxumu səpdiyini xatırladan politoloq PİA.az-a açıqlamasında bildirib ki, xalqlar arasındakı bu günkü soyuq münasibətlərin, düşmənçiliyin kökü də məhz Rusiyadan qaynaqlanır:

Rusiyanın hazırkı sülhməramlı təşəbbüsü heç bir beynəlxalq mandata əsaslanmır. Qarabağda beynəlxalq sülh yaratma öhdəliyi BMT-nin və ATƏT-in nəzarətində olduğu halda Rusiya təktərəfli buraya daxil olub.

Rusiyanın Qarabağda “sülhməramlı” missiyasının əsas məqsədi heç də regionda qalıcı və etimadlı sülhə nail olmaq deyil. Rusiya faktiki olaraq Qarabağa “sülhməramlı” adı altında hərbi qüvvə yeritdi. Dolayısı ilə bu, hüquqi libasa bürünmüş növbəti bir işğal cəhdidir.

Biz Rusiyanın 200 ildən çoxdur bu regionda mövcudluğunu, Qafqaz xalqları ilə “münasibətlərini” çox cüzi müsbət məqamlarla xatırlaya bilirik. Rusiya hər zaman bu bölgədə fəlakət toxumu səpib. Xalqlar arasındakı bu günkü soyuq münasibətlərin, düşmənçiliyin kökü məhz Rusiyadan qaynaqlanır. Rusiya dünyanın heç bir yerinə sülh aparmayıb və apara bilməz. Bu, onun təcavüzkar xarakterinə uyğun deyil.

Qarabağda aparılan hər 3 müharibədə bütün resursları ilə Ermənistanın yanında yer alıb. Nə 1918-1920-ci illərdə, nə 1988-1994-cü il, nə də indiki müharibədə tərəfsiz davranmayıb. Xüsusilə də 2-ci və 3-cü Qarabağ müharibəsində xalqımıza vurulan dəhşətli yaraların birbaşa iştirakçısı olub.

Nəsimi Məmmədli: “Rusiya dekabrın 1-dək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə Azərbaycan hökuməti təcili olaraq Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirməli, NATO ilə yeni münasibətlərə start verməlidir”.

Azərbaycan cəmiyyətinin bütün yetkin insanları Rusiyanın yenidən Azərbaycana daxil olmasından haqlı olaraq narahatdır və bunu mənfi hal sayır.

Əgər Türkiyə ilə hərbi-siyasi əməkdaşlığı yeni formatda Qarabağda davam etdirə bilməsək, bu, ölkəmiz üçün böyük risklərə və təhlükələrə gətirib çıxara bilər.

Rusiya dekabrın 1-dək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə Azərbaycan hökuməti təcili olaraq Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirməli, NATO ilə yeni münasibətlərə start verməlidir. Rusiyanın bölgədə təkbaşına mövcudluğu ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə yeni təhlükə mənbəyi olacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Ən çox oxunanalar