Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya mövcud şəraitdə Qarabağdan və Cənubi Qafqazdan çəkilə bilər?..

Zülfüqarovun fikrincə Ermənistan Cənubi Qafqazda Rusiyanı Fransanın əvəzləməsini istəsə də Rusiya Türkiyənin bölgədə qarant olmasını istəyir...

Politoloq: “Rusiya ilə Türkiyənin münasibətləri ABŞ-la Böyük Britaniya münasibətləri səviyyəsində deyil ki, Moskva Ankaraya Cənubi Qafqazı versin”.

“Düşünmürəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlər o dərəcədə etimad üzərində qurulub ki, Rusiya Türkiyənin bölgəyə gəlməsini istəsin”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Tofiq Zülfüqarovun Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxması ilə bağlı verdiyi bəyanatı PİA.az-a şərh edərkən bildirib.

Xəbər verdiyimiz kimi sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, bəzi strateji səbəblərdən Rusiya sülhməramlıları Qarabağdan birdəfəlik çıxırlar. Zülfüqarovun fikrincə Ermənistan Cənubi Qafqazda Rusiyanı Fransanın əvəzləməsini istəsə də Rusiya Türkiyənin bölgədə qarant olmasını istəyir. Həmçinin sabiq nazir qeyd edib ki, Paşinyanən Fransya son səfəri də məhz bununla bağlı olub.

Azərbaycanın sabiq xarici işlər nazirinin bu bəyanatını necə dəyərləndirmək olar? Doğrudanmı Rusiya mövcud şəraitdə Qarabağdan çəkilə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Rusiya sülhməramlılarının Qarabağdan çıxamasını və Türkiyənin bölgədə qarantı olmasını ciddi informasiya hesab etmirəm”.

Yaxın zamanda Moskvanın zorla Azərbaycan ərazisində yerləşdirdiyi sülhməramlılarını Qarabağdan çıxaracağını gözləmədiyini qeyd edən siyasi şərhçiyə görə Ukrayna cəbhəsində çox ciddi məğlubiyyətlər olmalıdır ki, Rusiya məcbur olub Cənubi Qafqazdan çəkilsin:

Rusiya sülhməramlılarının Qarabağdan çıxamasını və Türkiyənin bölgədə qarantı olmasını ciddi informasiya hesab etmirəm. Düşünmürəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlər o dərəcədə etimad üzərində qurulub ki, Rusiya Türkiyənin bölgəyə gəlməsini istəsin. Rusiya ilə Türkiyənin münasibətləri ABŞ-la Böyük Britaniya münasibətləri səviyyəsində deyil ki, Moskva Ankaraya Cənubi Qafqazı versin.

Təbii ki, Türkiyə bölgədədir. Amma Rusiya bundan çox narahatdır və bu narahatlıq hər zaman özünü biruzə verir. Əslində Rusiya Türkiyənin Cənubi Qafqazdakı mövcudluğunu qəbul etmir və bu mövcudluq onu tikan üstündə oturmuş kimi davranmağa məcbur edir. Bunu görə də düşünürəm ki, Rusiya Türkiyəni bölgədən sıxışdırıb çıxarmaq haqqında düşünür, nəinki onu bölgədə möhkəmləndirmək. Məncə bu absurd iddiadır.

Ərəstun Oruclu: “Çox böyük iddilarla Ukraynaya qarşı müharibə başladan Rusiya üçün Cənubi Qafqazı da itirmək danılmaz geosiyasi fəlakətə anlamına gələr və bu əslində bir imperiya olaraq Rusiyanın çöküşü deməkdir”.

Ümumiyyətlə, mən gözləmirəm ki, yaxın zamanda Rusiya sülhməramlılarını Qarabağdan çıxarmaq istəsin. Ukrayna cəbhəsində çox ciddi məğlubiyyətlər olmalıdır ki, Rusiya məcbur olub Cənubi Qafqazdan çəkilsin. Amma bu da onun üçün geosiyasi baxımdan uğursuzluq deməkdir. İnanmıram ki, Rusiya həm Ukraynanı, həm də Cənubi Qafqazı itirməyi gözə alsın. Bu heç zaman öz xoşuna baş verə bilməz. Çox böyük iddilarla Ukraynaya qarşı müharibə başladan Rusiya üçün Cənubi Qafqazı da itirmək danılmaz geosiyasi fəlakətə anlamına gələr və bu əslində bir imperiya olaraq Rusiyanın çöküşü deməkdir.

Mən Rusiyanın bu addımı atacağına yalnız bir halda inana bilərəm ki, o həqiqətən Ukraynada çox ağır məğlubiyyətə uğrasın. Artıq Qafqazdan qoşunlarını çıxarıb Ukraynaya yönəltməkdən başqa seçimi qalmasın”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Gürcüstanın baş naziri ABŞ-a səfər etməkdən imtina edib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar