Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ermənistanın ittihamlarına cavab verdi... - Həqiqətən müttəfiqlik bitir?..

Moskva artıq İrəvanı özünün strateji müttəfiqi olaraq görmür?..

Siyasi-şərhçi: “Rusiya-Ermənistan münasibətləri heç zaman səmimi notlar üzərində qurulmayıb. Bunun da ən başlıca səbəbi, Ermənistanın Rusiyanın forpostu olmasıdır”.

Ermənistan Rusiyadan qopa bilməyəcək. Bu əslində mümkünsüzdür”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı son zamanlarda Ermənistanla Rusiya arasında yaşanan gərginliyi Poliqon-a şərh edərkən qeyd edib.

Srağagün Rusiya Xarici İşlər Nazirliyi rəsmi şəkildə Ermənistanın ittihamlarına cavab verdi. Bu qəzəbli cavabdan görünürdü ki, Moskva artıq İrəvanı özünün strateji müttəfiqi olaraq görmür.

Cənubi Qafqazda sürətlə dəyişən hadislər fonunda Rusiya-Ermənistan münasibətlərinin gələcəyi necə görünür?

Rusiya-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Əvvəl-axır biz erməni iqtidarının təmsilçisini Putinin qapısı arxasında gözlətdiyini görəcəyik. Bu Paşinyan da ola bilər, ondan sonra gələn qeyri-birisi də”.

Bir meddət sonra Rusiya-Ermənistan münasibətlərinin əvvəlki dövrünə qayıdacağını düşünən ekspert Poliqon-a bildirib ki, regionda ciddi layihələr var, əslində pərdəarxasında erməni tərəfi bu layihələrdən kənarda qalmaq da istəmir:

“Əvvəla, onu deyim ki, Rusiya-Ermənistan münasibətləri heç zaman səmimi notlar üzərində qurulmayıb. Bunun da ən başlıca səbəbi, Ermənistanın Rusiyanın forpostu olmasıdır. Bir sözlə qapazaltı olan ölkə heç bir dövlətlə necə münasibətlər quracağına özü müstəqil qərar verə bilməz. Təbii ki, bu məsələdə Ermənistanda hakimiyyətdə kimin olmasından da çox şey asılıdır. Necə ki, biz bunu son 5 ildə Nikol Paşinyanın timsalında gördük. Həm də son illərdə biz ara-sıra Kremlin Paşinyana “qulaqburması” verdiyinin də şahidi olduq.

Bundan sonra Paşinyan hakimiyyətdə qaldığı vaxt ərzində biz bunun tez-tez şahidi olacağıq. Təbii ki, Ermənistan lideri indiki siyasətində dəyişikliklər etməsə. Əvvəl-axır biz erməni iqtidarının təmsilçisini Putinin qapısı arxasında gözlətdiyini görəcəyik. Bu Paşinyan da ola bilər, ondan sonra gələn qeyri-birisi də. Addım-addım proseslər buna doğru gedir.

İrəvanın mərkəzinə azsaylı olsa da, Paşinyan əleyhinə çıxan etirazçılar bunu deməyə əsas verir. Onların sayının artacağı da istisna deyil. Bir sözlə Putin Paşinyanın “qələmini qırıb”. Görünən odur ki, erməni Baş nazir sonunda Kremlə geridönüş etsə də, xeyri olmayacaq, yəni Paşinyan üçün “qatar gedib”.

Cavanşir Abbaslı: “Sadəcə son dönəmlərdə Rusiyanın Ukrayna savaşı apardığını düşünsək, ermənilər başlarını qaldırmağa cəhd etdilər, amma Rusiya onlara “mən burdayam” mesajı verdi”.

Paşinyanın gedişindən sonra yerinə gələcək şəxsin rusyönümlü olacağı istisna deyil. Strateji müttəfiq deyirsiniz, Rusiya forpostu olduğu ölkəyə əslində strateji müttəfiqi gözü ilə də baxmır. Bu sadəcə kağız üzərində belədir. Rusiya-Ermənistan münasibətlərini və Ermənistanın xarici siyasətini, ikincilərin nə qədər “böyük bacı” gözündə baxdıqları “Fransaları” olsa da, birincilər, yəni ruslar müəyyən edir. Sadəcə son dönəmlərdə Rusiyanın Ukrayna savaşı apardığını düşünsək, ermənilər başlarını qaldırmağa cəhd etdilər, amma Rusiya “mən burdayam” mesajı verdi. Son olaylar da bunu göstərdi.

Ermənistan Rusiyadan qopa bilməyəcək. Bu əslində mümkünsüzdür. Tarixi boyu bu eblə olub, bundan sonra da belə olacaq. Qısa müddətdə “soyuq buzlar” sürətlə əriyəcək, özü də qarşıdakı soyuq aylarda. Bunun başqa variantı da yoxdur. Fransa Ermənistan vasitəsilə “burnunu Cənubi Qafqaza soxmağa” çalışır. Amma burnu elə bu regionda ovulur. Rusiya-Ermənistan münasibətləri əvvəlki dövrünə qayıdacaq. Çünki, regionda ciddi layihələr var ki, əslində pərdəarxasında erməni tərəfi bu layihələrdən kənarda qalmaq da istəmir”.

Nərminə UMUDLU
Poliqon.info.




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar