Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya əleyhinə yeni sanksiyalar paketinin təfərrüatları məlum olub

Müharibənin ikinci ildönümü üçün Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 200-dən çox ad və kampaniyanın yer aldığı növbəti sanksiyalar paketi hazırlayır...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın NTV telekanalı məlumat yayıb.

Mətndə deyilir ki, yeni məhdudiyyətlər paketi Avropa İttifaqında aktivləri dondurulacaq şəxslərin və qurumların siyahısını əhəmiyyətli dərəcədə genişləndirməyi nəzərdə tutur.

Həmçinin qeyd olunur ki, Rusiyanın hərbi-texnoloji inkişafına və ya onun müdafiə və təhlükəsizlik sektorunun gücləndirilməsinə töhfə verən şirkətlər sanksiyalara məruz qalmalıdır.

"Planlara görə, əlavə sanksiya tədbirləri 200-dən çox insan və şirkətə təsir göstərə bilər", deyə mətndə qeyd olunur.

Daha əvvəl "Bloomberg" mənbələrə istinadən məlumat vermişdi ki, G7-yə üzv ölkələr fevralın 24-dək öz anti-Rusiya sanksiyalarını hazırlaya bilərlər. Materialın müəllifləri vurğulayıblar ki, onlar Ukraynada xüsusi hərbi əməliyyatın başlanmasının ildönümünə qədər yeni məhdudiyyətlər paketi ilə bağlı razılığa gəlməyi planlaşdırırlar.

"Politico" qəzeti isə diplomatlara istinadən yazıb ki, Aİ-nin Rusiyaya qarşı yeni, 13-cü sanksiyalar paketi əsasən simvolik olacaq. Nəşrin məlumatına görə, yeni paket çərçivəsində sanksiyalar siyahıları genişləndiriləcək, daha çox şirkətə ikili təyinatlı malların ixracı qadağan ediləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Bakı-Qazax yolunda qəza olub, bir nəfər ölüb, 3 uşaq xəsarət alıb - Foto, Yenilənib

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - Yenilənib

Əmək pensiyalarının ödənilməsi xərcləri artırılıb

İlham Əliyev: Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir...

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Ən çox oxunanalar