Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya azərbaycanlılar üçün təhlükəli ölkəyə çevrilir?

Dünən Moskvada yaşanan Kamil Zeynallı qalmaqalından sonra demək olar ki, Rusiyaya səfər istənilən Azərbaycan vətəndaşı üçün təhlükəli hala gəlib...

Politoloq: “Azərbaycanlı fitnes təlimçinin Moskvada Ermənistanın tələbi ilə saxlanılması əlbəttə, sıradan bir hadisə deyildi”.

“Nəzərə almaq lazımdır ki, Azərbaycanla Rusiya arasında Rusiya sülhməramlılarının Qarabağda qalması müddəti ilə bağlı məsələlərin müzakirəsinə start veriləcək. Bu baxımdan Azərbaycanda kifayət qədər tanınmış bir şəxsin Ermənistanın tələbi əsasında saxlanılması diqqətdən kənar qala bilməz”.

Bu sözləri politoloq Zaur İbrahimli Dünənki Kamil Zeynallı məsələsi ilə bağlı Rusiyanın Azərbaycana ötürdüyü mesajı Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Rusiyada yaşanan Kamil Zeynallı qalmaqalından sonra demək olar ki, Rusiyaya səfər istənilən Azərbaycan vətəndaşı üçün təhlükəli hala gəlib. Azərbaycan torpaqlarının işğalında, mülki vətəndaşlarımızın qətlində iştirak edən ermənilər əlləri sallana-sallana Rusiyaya daxil olur, Moskvada görüşlər keçirir, təlimat alır və geri qayıdırlar, Azərbaycan vətəndaşlarına gəldikdə isə Ermənistan Prokurorluğunun müraciəti əsasında hava limanında həbs edirlər.

Bu barədə nə demək olar? Artıq Rusiya azərbaycanlılar üçün təhlükəli ölkəyə çevrilir?

Rusiya-Azərbaycan münasibətlərini və baş verən hadisəni Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Güman edirəm ki, Rusiya Kamil Zeynallı məsələsi ilə bağlı müəyyən mesaj verməyə çalışdı”.

Belə addımların Azərbaycan-Rusiya münasibətlərinə ziyan vurduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, qalmaqalın təşkilatçıları öz istəklərinə nail olmadılar və siyasi dialoqla bu məsələ də həllini tapdı:

Azərbaycanlı fitnes təlimçinin Moskvada Ermənistanın tələbi ilə saxlanılması əlbəttə, sıradan bir hadisə deyildi. Bundan əvvəl Kamil Zeynallı üç dəfə Rusiya Federasiyasında səfərdə olub və heç bir səfərdə ona qarşı belə bir tədbir görülməyib. Ehtimal etmək olar ki, bu Azərbaycana təzyiq formasıdır. Çünki bildiyimiz kimi, Ermənistan tərəfindən çoxlu azərbaycanlılar axtarışa verilib və Rusiya tərəfindən hər hansısa addım atılmayıb. Bu hadisənin məhz indiki zaman şərtlərinə təsadüf etməsi də düşünmək üçün əsas verir.

Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycanla Rusiya arasında Rusiya sülhməramlılarının Qarabağda qalması müddəti ilə bağlı məsələlərin müzakirəsinə start veriləcək. Bu baxımdan Azərbaycanda kifayət qədər tanınmış bir şəxsin Ermənistanın tələbi əsasında saxlanılması diqqətdən kənar qala bilməz və bu sırf hüquqi anlaşılmazlıqdır kimi yozula bilməz.

Zaur İbrahimli: “Bu hadisənin məhz indiki zaman şərtlərinə təsadüf etməsi də düşünmək üçün əsas verir”.

Güman edirəm ki, Rusiya Kamil Zeynallı məsələsi ilə bağlı müəyyən mesaj verməyə çalışdı. Əlbəttə, Moskva tərəfi bunu hüquqi anlaşılmazlıqdır, texniki məsələ kimi qələmə verəcək. Ancaq bir daha qeyd edim ki, burada Moskvanın mesajı var. Rusiya müəyyən qədər əzələ nümayiş etdirir. Bildiyimiz kimi Azərbaycanla Rusiya arasındakı əlaqələrdə kifayət qədər əməkdaşlıq mühit var və bir sıra xarici siyasət məsələlərində də tərəflər çalışırlar ki, maraqlarını uzlaşdırsınlar. Buna baxmayaraq Rusiya tərəfindən zaman-zaman Azərbaycanın ünvanına birmənalı qarşılaya bilməyəcəyimiz fikirlər səsləndirilir.

Məlumdur ki, Rusiya hakimiyyətində müxtəlif qollar var. Biz bilirik ki, Azərbaycana münasibətdə müxtəlif hakimiyyət qollarında güc mərkəzlərinin fərqli baxışları var. Ola bilsin ki, Kamil Zeynallının saxlanılması Azərbaycanla bağlı birmənalı mövqeyi ilə seçilməyən hansısa güc mərkəzinin qərarıdır. Bu da istisna deyil. Ola bilsin ki, onlar bu addımla Azərbaycan-Rusiya münasibətlərinə ziyan vurmağa çalışdılar. Lakin biz gördük ki, buna nail olmadılar və siyasi dialoqla bu məsələ də həllini tapdı”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Zakir Həsənov: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Ən çox oxunanalar