Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Ağayev: “O məlumatlar büdcə analizi üçün vacibdi”


Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyi 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair məlumatı açıqlayıb


Qafqazinfo” xəbər verir ki, iqtisadçı Rövşən Ağayev məlumatlarda olan bəzi çatışmazlıqlarla bağlı fikrini bildirib:

Maliyyə Nazirliyi 2017-ci ilin dövlət büdcəsi ilə bağlı operativ məlumatları açıqlayıb. Həmin məlumatlarla işim yoxdu, hər kəs Maliyyə Nazirliyinin saytından izləyə bilər.

O məlumatlar ki, açıqlamada yoxdu, amma büdcə analizi üçün vacibdi, burda yazıram.

Vergilər Nazirliyi üçün qeyri-neft mənbələrindən 5.505 mlrd. manat öhdəlik müəyyən edilmişdi, amma 312.3 mln. manat az toplanıb. Neft sektorundan isə 1.840 mlrd. manat toplamalı idi, 60.7 mln. manat az yığılıb.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən 429 mln. manat toplanmalı idi, bu mənbədən də 62.9 mln. manat az vəsait gəlib.

Özəlləşdirmə üzrə 200 mln. manat mədaxil proqnozu cəmi 106.5 mln. manat icra edilib (93.5 mln. manat az).

Bir maraqlı məlumat da Maliyyə Nazirliyinin sərəncamında olan büdcə ehtiyyatı (vahidə xəzinə hesabının qalığı) barədə:

2017-ci ilin əvvəlinə Nazirlik 2.307 mlrd. manat büdcə ehtiyatına malik idi. 2017-ci ildə həmin vəsaitdən 650 mln. manatı büdcə defisitinin maliyyələşdirilməsinə xərclənib. Həmin qalıqların idarə olunmasından il ərzində daxil olan vəsaitləri də nəzərə alsaq, Maliyyə Nazirliyi hazırda 1.7 mlrd. manata yaxın büdcə ehtiyatlarına malikdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Ən çox oxunanalar