Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövnəq Abdullayev Rusiyaya gedir


SOCAR prezidenti forumda iştirak edəcək


Sentyabrın 15-də Sankt-Peterburqda RAO/CIS Offshore - şelfin mənimsənilməsi üzrə məşhur milli forum start götürür. 

Tədbir Arktikanın mənimsənilməsi üzrə əsas hadisə hesab edilir. Forum Rusiya Hökumətinin dəstəyi ilə keçirilir.  

Oxu.Az “Moskva-Baku” informasiya resursuna istinadən xəbər verir ki, proqramda 2 plenar iclas və 10 dəyirmi masa var. Konfransın qonaqları 250-dən çox məruzə dinləyəcəklər.  

Tədbirə Rusiya hökumətinin sədrinin müavini Arkadi Dvorkoviç, energetika naziri Aleksandr Novak, təbii sərvətlər və ekologiya naziri Sergey Donskoy, SOCAR prezidenti Rövnəq Abdullayev və s. kimi yüksək vəzifəli qonaqların gələcəyi gözlənilir.

Ənənəvi olaraq, Arktik ərazilərin texnoloji mənimsənilməsi, gəmiqayırma və dəniz kompleks qurğularının işlənməsi, karbohidrogen xammalın nəqli, atom enerjisi və ekoloji-sənaye təhlükəsizliyi sahəsində nailiyyətlər sərgilənəcək.

220-dən çox şirkət Sərgi ekspozisiyalarını təqdim edəcək. Azərbaycan, Norveç, Almaniya, Finlandiya, Fransa, Çin, Sinqapur və d. ölkələrin işitrakı təsdiq edilib.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar