Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Reuters: Rusiyaya texnologiya axını davam edir

Rusiya Honq-Konq, Türkiyə və digər ticarət mərkəzləri vasitəsilə kompüter komponentləri, elektronika və texnologiya almağa davam edir...

Reuters və Böyük Britaniyanın əsas müdafiə və təhlükəsizlik araşdırma mərkəzi hesab edilən Kral Birləşmiş Xidmətlər İnstitutu (RUSI) Rusiyaya texnologiya axını birgə araşdırma aparıblar. Araşdırma nəticəsində məlum olub ki, Qərbin sanksiyalarına və istehsalçıların qadağalarına baxmayaraq Rusiya Honq-Konq, Türkiyə və digər ticarət mərkəzləri vasitəsilə kompüter komponentləri, elektronika və texnologiya almağa davam edir.

PİA.az həmin məqalənin əsas hissələrini təqdim edir.

Türkiyədən idxal

Rusiyaya texnologiya, xüsusən də ABŞ-dan kompüter komponentləri ixracı ilə məşğul olan şirkətlərdən biri İstanbulda yerləşən “Azu International Ltd Sti” şirkətidir. Bu şirkət 2022-ci ilin martında Türkiyənin korporativ reyestrində görünüb. Agentliyin istinad etdiyi Rusiya gömrük məlumatlarına görə, növbəti yeddi ay ərzində şirkət Rusiyaya ən azı 20 milyon dollar dəyərində komponentlər, o cümlədən Amerika istehsalı olan çiplər göndərib.

Reuters Agentliyinin məlumatına görə, “Azu International” şirkətinin həmtəsisçisi türk iş adamı Göktürk Ağvazdır. O, həmçinin Almaniyada “Smart Impex GmbH” adlı topdansatış İT məhsulu təchizatçısı şirkətinin sahibidir. Agentliyin əldə etdiyi Rusiya gömrük qeydlərindən belə görünür ki, Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl alman şirkəti bu Rusiyaya mal idxal edib. Lakin sanksiyalardan sonra ticarət durdurulub. İndi isə həmin malları Moskvaya “Azu İnternational” şirkəti yollayır.

Ağvaz Reuters agentliyinə bildirib ki, “Smart Impex” Aİ-nin ticarət məhdudiyyətlərinə uyğun olaraq Rusiyaya ixracını dayandırıb və Qərbin anti-Rusiya sanksiyalarından yan keçmir, məhsullarını Türkiyəyə satır. “Azu International”ın Rusiyaya satışı ilə bağlı suala o, belə cavab verib: “Bu, bizim ticarət sirrimizdir”.

Türkiyənin korporativ sənədlərinə görə, noyabrın 30-da iş adamı İstanbul şirkətindəki 50% payını şirkətin həmtəsisçisi Qulum Ulukana satıb.

Moskvada fəaliyyət göstərən “Novelco LLC” logistika firmasının baş icraçı direktoru Qriqori Qriqoryev LinkedIn-dəki postunda bildirib ki, şirkət İstanbulda filial açıb və Türkiyədən Rusiyaya mal tədarük edir. Türkiyə isə ABŞ və Aİ-nin Moskvaya tətbiq etdiyi bütün ticarət məhdudiyyətlərini Rusiyaya qarşı tətbiq etmir.

Reuters qeyd edir ki, mallar Türkiyəyə çatdıqdan sonra “yük təkrar ixrac üçün emal olunur və yük Rusiyaya hava, dəniz, avtomobil və dəmir yolu ilə daşınır

Türkiyənin korporativ sənədlərinə görə, mart ayında Qriqoryev İstanbulda “Smart Trading Ltd Sti” adlı firmanı qeydiyyatdan keçirib. Rusiya gömrük qeydlərinə görə, o vaxtdan bəri bu şirkət Moskvaya ABŞ-ın yarımkeçirici mallarından ibarət ən azı 660 min dollar dəyərində məhsul göndərib.

Honq Konqdan göndərişlər

Rusiyanı Qərb texnologiyaları ilə təmin edən digər firma 2017-ci ildə Honq-Konqda qeydiyyatdan keçmiş “Pixel Devices Ltd”dir, deyə Reuters yazır. İndi bu şirkət “Asia Global Neolink Pte Ltd” adlı Sinqapur şirkətinə məxsusdur, o da öz növbəsində Seyşel adasının “White Wings Ltd” şirkətinə məxsusdur.

“Pixel Devices”in hazırkı direktoru, eyni zamanda “Asia Global Neolink”in rəhbəri kimi qeyd olunan və Kataloniyada aviasiya klubunu idarə edən ispan Pere Rura Cano rəhbərlik etdiyi Honq-Konq firmasının yarımkeçiricilər və digər məhsulların Rusiyaya ixrac etdiyini Reuters-ə təsdiqləyib.

Reuters-in istinad etdiyi Rusiya gömrük məlumatlarına görə, aprelin 1-dən oktyabrın 31-dək “Pixel Devices” Rusiyaya ən azı 210 milyon dollar dəyərində elektronika, o cümlədən ən azı 50 milyon dollar dəyərində Intel və AMD məhsulları göndərib.

Şirkət bildirib ki, onlar bir neçə ildir ki, Rusiyaya İT avadanlıqları tədarük edirlər və bu il Rusiya ilə Intel və AMD məhsullarının ticarəti ilə uzunmüddətli müqavilə imzalayıblar. Öz növbəsində, Intel və AMD şirkətlərindən Reuters-ə bildiriblər ki, “Pixel Devices” onların məhsullarının rəsmi distribyutoru deyil.

“Pixel Devices”də bildiriblər ki, onlar hərbi sektora məhsul satmırlar və müştərilərinə həmin məhsulları müdafiə şirkətlərinə satmağı qadağan edirlər.

Həmçinin Pixel Devices bildirib ki, İT avadanlıqlarının Rusiyaya ixracına tam qadağa yoxdur. Onlar eyni zamanda bildiriblər ki, sanksiyalar tətbiq olunan şəxslərin nəzarətində olan firmalara məhsulların satışı həyata keçirilmir.

Rusiya gömrük məlumatları göstərir ki, “Pixel Devices”in Rusiyadakı əsas müştərisi Sankt-Peterburqda yerləşən “CompLiga” MMC-dir. Bu şirkətin vebsaytında bildirilir ki, firma geniş çeşiddə İT məhsulları və aksesuarların ticarətini həyata keçirir. Gömrük qeydlərinə görə, “CompLig”a aprelin 1-dən etibarən demək olar ki, yalnız “Pixel Devices”dən ən azı 181 milyon dollar dəyərində elektronika idxal edib.

Firmanın baş direktoru Aleksandr Kotelnikov agentliyə bildirib ki, onun şirkətinin Qərb elektron komponentlərini almağa davam etməsi ilə bağlı təfərrüatları açıqlamaq istəmir.

AB-dən ticarət

Oktyabrın 31-nə olan məlumata görə, Rusiya ən azı 2,6 milyard dollar dəyərində kompüter və digər elektron komponentlər alıb. Rusiya gömrük məlumatlarına görə, bu idxalın ən azı 777 milyon dolları Qərb məhsullarıdır. Avqust ayından sonra Amerikanın İntel Korporasiyası, Advanced Micro şirkəti tərəfindən istehsal olunan komponentlər Rusiya silah sistemlərində aşkar edilib.

Reuters-in üç kommersiya tədarükçüsündən aldığı gömrük sənədlərində yarımkeçiricilərin və digər elektron məhsulların dəqiq növü göstərilmir və Rusiyaya gələndə komponentlərin hara ünvanlandığı da bilinmir.

Reuters yazır ki, bu yaxınlarda Rusiyaya Qərb kompüter komponentlərinin çoxu Çindən və Rusiyaya ixracı məhdudlaşdıran ABŞAvropa İttifaqına qoşulmayan digər ölkələrdən gəlib. Bununla belə, Reuters Agentliyinin məlumatına görə, gömrük sənədlərində amerikan istehsalçılarının analoq cihazları və digər texnoloji komponentlərinin birbaşa Aİ-dən tədarükünü görmək mümkündür.

Rusiya gömrük məlumatlarına görə, xüsusilə, Estoniyanın paytaxtı Tallinndə yerləşən “Elmec Trade Oü” adlı elektron məhsullarının topdan satışı ilə məşğul olan şirkət aprelin 1-dən oktyabrın 31-dək Rusiyaya ən azı 17 milyon dollar dəyərində mal göndərib. Bunlara “Analog Devices” tərəfindən istehsal olunan çiplər və digərlər yarımkeçiricilər də daxildir.

“Elmec Trade” şirkətinin baş direktoru Aleksandr Fomenko Reuters Agentliyinə bildirib ki, onun şirkəti öz məhsullarını rəsmi kanallar vasitəsilə alır, bütün qanuni tələblərə, eləcə də bütün sanksiyalara və ixrac məhdudiyyətlərinə əməl edir.

İstehsalçıların Rusiyaya satışı dayandırdıqlarını elan etdikdən aylar sonra şirkətinin analoq cihazları və digər Qərb çiplərini Rusiyaya ixrac etməyə necə davam edə bilməsi ilə bağlı sualı cavablandıran Fomenko deyib ki, hazırda yerinə yetirilən sifarişlər 2021-ci ildə verilmiş sifarişlərdir. Onun sözlərinə görə, pandemiya ilə əlaqədar tranzitdə yaranan fasilələr səbəbindən çatdırılmalar gecikib.

Avropa Komissiyasının sözçüsü “Elmec”in ticarəti ilə bağlı suallara cavab verməyib, lakin qeyd edib ki, Aİ sanksiyalardan yayınmalara çox ciddi yanaşır, çünki bu, sanksiyaların effektivliyinə xələl gətirə biləcək bir təcrübədir.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar