Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Bakı ABŞ-ın Rusiya əleyhinə olan layihələrinə qoşulacaq?

Rusiya-Qərb qarşıdurmasında Azərbaycan öz bitərəfliyini axıra qədər qoruyub saxlaya biləcəkmi?..

Politoloq: “Kreml əmindir ki, Avropa ölkələri bütün hallarda Rusiya qazından imtina edə bilməyəcək”.

“İndiki halda rəsmi Bakıdan Avropa ölkələrinə qaz tədarükünün artırması istənilsə də, texniki olaraq bu mümkün deyil”.

Bu sözləri politoloq Turan Rzayev ABŞ-ın Azərbaycanı Rusiya əleyhinə olan layihəsinə qoşmağa cəhd etməsini PİA.az-a şərh edərkən qeyd edib.

“Gas Infrastructure Europe”ın yanvarın 25-nə olan məlumatına görə, Avropa Birliyinin yeraltı qaz anbarlarından yayda vurulan qazın həcminin dörddə üçündən çoxu, yəni 75,9% -i, 36,3 milyard kubmetri istifadə olunub. Mövcud vəziyyətdən xəbərdar olan Rusiya isə AB-yə qarşı qaz təzyiqindən maksimum dərəcədə istifadə edir. Rəsmi Moskva Ukrayna mövzusunda təzyiqlərə görə Avropanı qaz ixracını dayandıracağı ilə hədələyib. ABŞ Avropanın qaz asılılığını azaltmaq üçün alternativ ölkələr olan Azərbaycan, Qətər, Misir və Əlcəzairlə danışıqlar aparır. Görünən odur ki, ABŞ Azərbaycanı Rusiya əleyhinə olan layihəsinə qoşmağa çalışır.

Bəs rəsmi Bakı buna gedərmi? Ümumiyyətlə hər iki tərəfin təzyiqləri və təhdidləri qarşısında Rusiya-Qərb qarşıdurmasında Azərbaycan öz bitərəfliyini axıra qədər qoruyub saxlaya biləcəkmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Qərbin və ABŞ-ın Azərbaycana bu qədər önəm verməsi rəsmi Moskvanın Bakıya baxışını dəyişə bilər”.

ABŞAvropanın Rusiyaya qarşı Azərbaycanı alternativ görməsini ölkəmiz üçün olduqca vacib olduğunu düşünən politoloq PİA.az-a bildirib ki, rəsmi Bakı mövcud vəziyyətdən maksimum dərəcədə istifadə etməlidir:

Avropa Birliyi ölkələrinin qaz tələbatının təxminən 40 faizini Rusiya ödəyir. Kreml əmindir ki, Avropa ölkələri bütün hallarda Rusiya qazından imtina edə bilməyəcək. Məsələ ondadır ki, Avropa Birliyi ölkələrinin Rusiya qazına yeganə alternativi ABŞ-dır. Lakin ABŞ-ın Avropa ilə birbaşa quru bağlantısı və boru kəməri olmadığından bu təlabatın tam ödənilməsi də mümkün deyil. Digər tərəfdən rəsmi Vaşinqton Avropaya qazı sıxılmış halda tankerlə satır. Bu isə həm baha başa gəlir, həm də vaxt itkisinə səbəb olur. Bunla belə, rəsmi Vaşinqton AvropaRusiyanın qaz asılılığından xilas edə biləcəyini düşünür.

Bəli, ABŞ Avropanın Rusiyadan qaz asılılğını azaltmaq ünün alterativ ölkələr axtarır. Təsadüfi deyil ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell də diplomatiyanın uğursuz olacağı, Rusiyanın qaz tədarükünü kəsmək və ya dayandırmaq qərarına gələcəyi təqdirdə ABŞ, QətərAzərbaycandan qaz tədarükünü artırmaq məsələsini nəzərdən keçirdiklərini deyib.

Avropa İttifaqının energetika üzrə komissarı Kadri Simson fevralın 4-də Azərbaycana, fevralın 7-də isə ABŞ-a səfər edəcək. Simpson “Cənub” qaz dəhlizi iştirakçısı olan ölkələ nazirlərinin görüşündə iştirak etmək üçün Azərbaycana gələcək. Fevralın 7-də isə o və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell ABŞ-da energetika üzrə Avropa İttifaqı-ABŞ Şurasının iclasında iştirak edəcəklər.

Göründüyü kimi Qərb və ABŞ mövcud vəziyyətin belə davam etməsini istəmir və adekvat tədbrilər görmək niyyətindədir.

Turan Rzayev: “Düzdür, Azərbaycanın mövcud vəziyyətdə Qərbin və ABŞ-ın istəyi ilə Rusiya ilə qarşıdurmaya gedəcəyi ehtimalı azdır. Bununla belə Kremldən müəyyən məsələlərdə hansısa güzəştlər əldə edə bilərik”.

İndiki halda rəsmi Bakıdan Avropa ölkələrinə qaz satışını artırması istənilsə də, texniki olaraq bu mümkün deyil. Məsələ ondadır ki, Azərbaycan hazırda TANAP və TAP boru xəttləri üzərindən bir çox Avropa ölkələrinə qaz satır. Hətta hazırda bəzi ölkələrdə Azərbaycanın qaz payı artır. Bununla belə Azərbaycanın Avropaya satdığı qazın həcmi Rusiyanın satdığı qazın həcmindən çox azdır. Digər tərəfdən, rəsmi Bakının satdığı qazın böyük bir qismini Türkiyə alır.

Azərbaycan Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında imzaladığı Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş ilə mövcud qaz satışını 1,5-2 milyard kubmetrədək artırsa da, bu da kifayət deyil.

Azərbaycan situasiyadan qazanclı çıxa bilər. ABŞ və Qərbin Rusiyaya qarşı Azərbaycanı alternativ görməsi ölkəmiz üçün olduqca vacibdir. Rəsmi Bakı mövcud vəziyyətdən maksimum dərəcədə istifadə etməlidir: Birincisi, hazırkı vəziyyət rəsmi Bakının AvropaABŞ-ın nəzərlərində əhəmiyyətini daha da artırır. Qərb Avropaya qaz nəqlinin artmasını istəyirsə, Azərbaycana bu sahədə maliyyə və texnoloji yardım etməli, investisiya qoyuluşunu artırmalıdır. Mövcud texnologiya və texnika şübhəsiz hasil edilən qazın həcminə də təsir edəcək.

Digər tərəfdən, Qərbin və ABŞ-ın Azərbaycana bu qədər önəm verməsi rəsmi Moskvanın Bakıya baxışını dəyişə bilər. Düzdür, Azərbaycanın mövcud vəziyyətdə Qərbin və ABŞ-ın istəyi ilə Rusiya ilə qarşıdurmaya gedəcəyi ehtimalı azdır. Bununla belə Kremldən müəyyən məsələlərdə hansısa güzəştlər əldə edə bilərik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar