Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşad Mahmudov COVID peyvəndlərinin ürək xəstəliklərini artırmasına dair iddialara aydınlıq gətirib

Bugünkü statistik reallıqlara baxanda nəinki ölkəmizdə, eləcə də dünyada ürək-damar sistemi xəstəliklərinin sayında xüsusi artım yoxdur.

Bunu APA-ya açıqlamasında ürək-damar cərrahı, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

O bildirib ki, ürək-damar xəstəlikləri say baxımından həmişə dünyada birinci yerdə olub, bu gün də elədir və ani ölümlərin bir nömrəli səbəblərindəndir: "Əfsus ki, insanlarımız KİV-də bu barədə gedən məlumatların sürətlə yayılmasına görə elə zənn edirlər ki, ürək-damar sistemi xəstəliklərinin sayında artım var. Lakin ürək-damar sistemi xəstəliklərinin sayında artım müşahidə edilmir, bu həmişə bir nömrəli problemlərdən olub".

Rəşad Mahmudov COVID-19 əleyhinə vurulan peyvəndlərin ürək-damar sistemi xəstəliklərini artırması ilə bağlı məqama aydınlıq gətirərkən isə bildirib ki, bununla bağlı sübut edilmiş heç bir məlumat yoxdur: "Bununla bağlı heç bir fakt olmadan belə bir fikrin yayılması peyvəndlərə qarşı əks təbliğata çevrilə bilər ki, bu da ürək-damar sistemi xəstəliklərindən daha ciddi problemlərin ortaya çıxmasına səbəb ola bilər.

Rəşad Mahmudov həmçinin bildirib ki, anidən vəfat edən jurnalist Zülfüqar Hüseynzadə və operator Tural Qasımovun peyvənd olunmamışdan əvvəl ürək-damar sistemində problem olub: "Zülfüqar Hüseynzadə peyvənd olunmamışdan əvvəl ürək problemi yaşayıb, həyati təhlükə yaşadığı zamansa ürəyinə stend qoyulub. O risk qrupunda olan şəxslərdən idi. Təəssüf ki, daha əvvəldən ürək probleminin olması və qəfil tutma zamanı gecə, dağ şəraitində yardım göstərilə bilinməməsi həyatını itirməsi ilə nəticələndi".

O bildirib ki, risk qrupunda olanların vaxtında həkimə müraciət etməsi önəmli olsa da, daha vacib olan qidalanma və həyat tərzinə fikir verməkdir: "Həyatımız get-gedə süniləşir. Özümüzü qorumaq üçün imkan daxilində təbii qidalara üstünlük verməyimiz və aktiv həyata meyilliliyimizi artırmalıyıq. Dövrümüzün bəlası olan internetin şərait yaratdığı informasiya yükü və hərəkətsiz həyat tərzindən bacardığımız qədər özümüzü müdafiə etməliyik. Gündəlik 5 km yerimək çox faydalıdır. Bu xərçəng xəstəliyindən qorunmaqda da bir nömrəli üsullardandır. Digər məqam isə təbii ki, zərərli vərdişlərdən uzaq olmaqdır".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar