Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyev “vurulandan” sonra sabiq deputata vəzifə verilib - Foto

Hakim Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, sabiq deputat, keçmiş icra başçısı Musa Musayevin hazırda hansı vəzifədə çalışdığı məlum olub...

Modern.az-ın məlumatına görə, bu barədə M.Musayevin özü açıqlamasında bildirib.

“Hazırda Mərkəzi Seçki Komissiyasının Nərimanov rayonundakı 20 sayı Dairə Seçki Komissiyasında sədr vəzifəsində çalışıram. Bu vəzifəyə 2021-ci ilin avqust ayından təyin olunmuşam. Eyni zamanda, 2021-ci ilin martında Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında Təftiş Komissiyasının üzvü seçilmişəm”.

Xatırladaq ki, Musa Musayev 1992–1994-cü illərdə YAP Nəsimi rayon təşkilatının sədri işləyib. O, 2000–2005-ci illərdə II çağırış Milli Məclisin deputatı olub. M.Musayev 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdi. Sabiq deputat 2006–2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Daha sonra uzun müddət Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevlə münasibətlərindəki soyuqluğa görə işsiz qalıb. Yalnız Ramiz Mehdiyevin “vurulmasından” sonra M.Musayev DSK sədri vəzifəsinə təyinat ala bilib.

Yeri gəlmişkən, Musa Musayevin əmisi oğlu, sabiq deputat Alqış Musayev də Ramiz Mehdiyevlə aralarındakı konflikt səbəbindən uzun müddət işsiz qalıb. O da Ramiz Mehdiyevin gedişindən sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsinə təyin edilib.

pia.az


Etiket: Ramiz Mehdiyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Ən çox oxunanalar