Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramin Quluzadə beynəlxalq tədbirdə Ermənistanın təxribatlarından danışdı

Elm və Texnologiya Nazirlərinin 17-ci “Dəyirmi Masa”sı virtual formatda keçirilib.

Bu barədə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd böyük təhlükələrə qarşı birgə mübarizə aparmaq üçün elm, texnologiya və innovasiyaların inkişaf etdirilməsi istiqamətində atılacaq konkret addımlarla bağlı fikir mübadiləsinin aparılması olub.

Dəyirmi masada çox sayda insan tələfatına səbəb olan “COVID-19” qlobal pandemiyası və təbii fəlakətlərin mövcud bilik, təcrübə və məlumatların öncədən müəyyən olunması və qarşısının alınması məsələlərinə xüsusi diqqət ayrılıb. Yaponiya, Avstraliya, Braziliya, Kanada, İsveçrə, Norveç, Rusiya, İran, İspaniya, Argentina, Tayland da daxil olmaqla, ümumilikdə 50-yə yaxın ölkənin nazirləri və nazir müavinlərinin qatıldığı beynəlxalq onlayn tədbirdə əsas etibarilə beynəlxalq tədqiqat və inkişaf üzrə əməkdaşlığın rolu, sosial elmlər və humanizmlə bağlı məsələlər müzakirə olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 50-yə yaxın ölkənin nazirlərinin və rəsmi nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edərək son zamanlar cəbhə xəttində baş verən hadisələr barədə geniş məlumat verib.  Nazir bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən 1 milyondan çox azərbaycanlı hələ də qaçqın olaraq qalır.

Ermənistanın son hərbi təxribatları nəticəsində 10-dan çox təhsil ocağı  və digər infrastruktur dağıdılaraq zərər görüb. Ramin Quluzadə bu təcavüz nəticəsində həyatını itirən mülki şəxslər arasında bacı-qardaş olmaqla iki şagirdin və 1 yaralı müəllimin olması faktını böyük təəssüflə səsləndirib.  Hazırda bölgədə bütün sahələrdə olduğu kimi elm və İKT sahəsində də inkişaf üçün təhlükə yaradan erməni təxribatlarına və təcavüzlərinə cavab olaraq lazımi addımların atıldığını vurğulayıb.

Daha sonra nazir çıxışında koronavirus pandemiyasının dünyada vəziyyəti tamamilə dəyişdiyini və nəticədə yeni reallıqlar meydana çıxardığını bildirərək bu sahədə ölkəmizdə görülən işlər barədə məlumat verib: “Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verdi. “COVID-19”la mübarizə və ölkədəki pandemiyanın təsirini minimuma endirmək üçün güclü strategiya qəbul edildi. Ölkənin elmi-texniki, texnoloji potensialı bu fəaliyyətin həyata keçirilməsinə cəlb edildi və müsbət nəticələr əldə olundu. Tərəfimizdən pandemiya zamanı görülən tədbirlər nəticəsində vətəndaşlar yüksək keyfiyyətli nəqliyyat, poçt və telekommunikasiya, o cümlədən internet və mobil rabitə xidmətləri ilə artan tələbata uyğun olaraq təmin edildi”.

Nazir əlavə edib ki, pandemiya zamanı təhsil sahəsində distant təhsil texnologiyaları tətbiq olunub. “Bakının bəzi təhsil müəssisələrində istifadəyə verilmiş “Connected Schools” layihəsini həyata keçirdik. Pandemiya zamanı dövlət qurumları və tibb müəssisələri üçün vacib bir vasitə olan video konfrans xidmətlərinin göstərilməsi məqsədilə “Connected Government” reallaşdırıldı”.

R.Quluzadə qeyd edib ki, Azərbaycan regionda yüksək məlumat ötürmə qabiliyyətinə malik fiber optik şəbəkənin qurulması üzrə təşəbbüs göstərir.

pia.az 


Etiket: Ramin Quluzadə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar