Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramin Hacılının məhkəməsi başlayır

Dələduzluqda və ölkənin sərhədlərini qanunsuz keçməkdə təqsirləndirilən Azərbaycan Avropa Hərəkatının prezidenti, ictimai fəal Ramin Hacılı və onunla ittiham olunan Fəxrəddin Qasımovun barəsində olan cinayət işinin istintaqı başa çatıb.

PİA.az-ın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hafiz Kamranovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları 2018-ci il iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alıb. Belə ki, sərhəd naryadı dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlunu saxlayıb. Saxlanılan şəxslərə qarşı Cinayət Məcəllsinin 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd), 178.2.4 və 178.2.2-ci ( bir qrup şəxsə qarşı təkrar dələduzluq etmə) maddələri ilə ittiham irəli sürülüb və hər iki şəxs məhkəmənin qərarı ilə həbs edilib.

Bir müddət sonra Ramin Hacılı barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və o, azadlığa çıxıb.(APA)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Ən çox oxunanalar