Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Usubov Gürcüstanın daxili işlər nazirini qəbul edib

Bu gün Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstanın baş naziri Mamuka Baxtadzenin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizə səfərə gəlmiş baş nazirin müavini, daxili işlər naziri Giorgi Qaxarianı qəbul edib

Nazirlikdən "Report"a verilən məlumata görə, səmimilik və işgüzarlıq şəraitində keçən görüş zamanı nazirlər xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin, o cümlədən Daxili İşlər nazirlikləri arasında əlaqələrin hər iki ölkə rəhbərliyinin siyasi iradəsinə, müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq uğurla inkişaf etdiyini, belə görüşlərin əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verdiyini bildiriblər.

Təmsil etdikləri ölkələrdə kriminogen durum barədə qarşılıqlı fikir mübadiləsi aparan nazirlər onu da məmnunluqla vurğulayıblar ki, dövlətlərimizin müvafiq qurumları arasında əməkdaşlıq, ilk növbədə, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, xüsusən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə sahəsində işbirliyi, təcrübə və informasiya mübadiləsi, yaradılmış normativ-hüquqi baza yaxın dost və strateji tərəfdaş olan ölkələrimizin mənafeyinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət edir.

Səmimi qəbula və ətraflı məlumata görə Ramil Usubova minnətdarlığını bildirən Giorgi Qaxaria ölkəmizlə ikitərfli münasibətlərin inkişafına böyük əhəmiyyət verdiklərini, bunun üçün səylərini əsirgəməyəcəklərini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar