Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Quliyev: "Son anda əllərimi qaldırmasaydım, Avropa rekordunu qıra bilərdim"

"Avropa çempionatında son anda əllərimi qaldırmasaydım, Avropa rekordunu qıra bilərdim. Lakin əllərimi qaldırdığım üçün peşman deyiləm. Çünki həmin anda, həyəcandan kimin nə edəcəyi bəlli deyil. Bunu sevindiyim üçün etdim, çempionluğu qeyd etdim. Rekordu qıra biləcəyimi düşünmədim"

“Report” xəbər verir ki, bunu Almaniyanın paytaxtı Berlində Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçışda Avropa çempionu olan azərbaycanlı atlet Ramil Quliyev "Hürriyet"ə müsahibəsində deyib.

28 yaşlı idmançı Azərbaycan bayrağı altında yarışdığı vaxtları da xatırladıb: "2008-ci il Pekin Yay Olimpiya Oyunlarında çıxış etdiyim vaxt 18 yaşım var idi. İddiasız olaraq yarışa qoşulmuşdum. 2009-cu il dünya çempionatında isə peşəkar yarışım oldu. Təbii ki, həmin final dünya rekordu qırılan çempionat oldu. Çox həyəcanlı və zövqlü idi. Useyn Bolt kimi bir idmançı ilə birlikdə qaçırdım. Onunla aramızdakı məsafə böyük idi. Belə bir yarışda iştirak etmək mənə qürür verirdi. Mənim üçün tarixi bir gün idi. 9 il sonra yenə Berlinə gələndə yaxşı nəticə qazanacağımı bilirdim. Bir il bu yarış üçün çalışdım. Burada birinci olmaq mənim üçün önəmli idi".

R.Quliyev olimpiya çempionluğunu hədəflədiyini də açıqlayıb: "Mənim bir xəyalım var. Amma bunu gerçəkləşdirmək, sadəcə, bizim əlimizdə deyil. Xəyalım odur ki, Türkiyədə Yay Olimpiya Oyunları keçirilsin və mən də orada qalib olum".


pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Ən çox oxunanalar