Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafiq Hüseynov İslam Həmrəyliyi Oyunlarının qalibi olub

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 82 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada qırğızıstanlı Kalidin Asikeyevlə görüşüb.

Rəqibinə 6:3 hesabı ilə qalib gələn Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan güləşçiləri 3-cü günü 5 medalla başa vurublar. Hüseynovdan əvvəl Eldəniz Əzizli (55 kq) qızıl, Elis Manolova (65 kq) və Ülvi Qənizadə (72 kq) gümüş, Elnurə Məmmədova (55 kq) isə bürünc medal qazanıb.

***

Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 72 kq-da yarışan idmançı finalda iranlı Mahmud Rüstəmiyə 8:9 hesabı ilə uduzaraq, 2-ci yeri tutub.

***

Azərbaycanın qadın güləşçisi Elis Manolova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq-da rəqib qazaxıstanlı Yelena Şaligina olub. Qarşılaşma 3:3 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən qızıl medal qazanıb. Manolova isə "gümüş"lə kifayətlənib.

Qeyd edək ki, Elis Manolova 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.

***

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq-da çıxış edən idmançı III turda tunisli Faten Hammamiyə 15:0 hesabı ilə qalib gəlib.

***

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq-da yer alan idmançı həlledici qarşılaşmada özbəkistanlı Jasurbek Ortikboyevlə üz-üzə gəlib.

Rəqibini 10:1 hesabı ilə məğlub edən Əzizli İslamiadanın qalibi olub.

pia.az

 

 


Bizim Facebook səhifəmizə abunə olun


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Badamdarda villa tikənlər sakinlərin narazılığına səbəb oldular - Rəsmi açıqlama 

Ən çox oxunanalar