Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafael Cəbrayılovun məsələsi parlamentdə müzakirə olunacaq – Açıqlama

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev millət vəkili Rafael Cəbrayılovun 300 min ABŞ dolları borc qarşılığında deputat vəsiqəsini girov qoymasına münasibət bildirib...

PİA.az xəbər verir ki, deputat A.Abıyev Demokrat.az-a açıqlamasında deyib ki, hazırda deputatlar məzuniyyətdədirlər:

"Hazırda məzuniyyətdəyik, 1 həftədən sonra məzuniyyət başa çatır. Yəqin ki, Rafael Cəbrayılovun deputat vəsiqəsini banka girov qoyması ilə bağlı məsələni məzuniyyətdən qayıdandan sonra müzakirə edəcəyik. Ancaq bununla bağlı əvvəlcə Milli Məclis rəhbərliyi ilə müzakirə aparılmalıdır. Müzakirə aparılandan sonra İntizam Komissiyasının müvafiq qərarı olacaq. Gəlin, hələ tələsməyək. Məzuniyyət bitsin, millət vəkilləri bir araya gəlsin ki, yığılıb müzakirə apara bilək".

Ağacan Abıyev Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoymasının səhv addım olduğunu söyləyib:

"Əgər Rafael Cəbrayılov belə bir hərək edibsə, bu çox səhv addımdır. Girov qoymaq üçün başqa sənədlər var. Şəxsiyyət vəsiqəsi, pasportu girov qoya bilərsən, amma deputat vəsiqəsini girov qoymaq olmaz".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar