Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: "Hakken"lə oyunda üç xal qazanmaq istəyirik"

"Bu görüşdə üç xal qazanmaq istəyirik. Amma bir xal da bizə sərf edə bilər".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçdə yerli "Hakken" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis hər iki komanda üçün vacib qarşılaşma olduğunu bildirib: "Biz də bunu çox gözəl başa düşürük. Rəqibin özünəməxsus oyun üslubu var. Onlara qarşı həddindən artıq diqqətli olmalıyıq. İnanıram ki, futbolçular bunu bacaracaqlar. Nəticə üçün meydanda ən yaxşısını etməyə çalışacağıq".

Qurbanov matçda baş verə biləcək mümkün təxribata da toxunub: "Dəfələrlə bunun şahidi olmuşuq. Futbolçularla daim bu yöndə söhbətimiz olur. Çünki Azərbaycanı təmsil edirik və klub olaraq özümüzü intizamlı aparmaq istəyirik. Bu o demək deyil ki, kimdənsə qorxuruq və ya çəkinirik. Sadəcə, idman prinsiplərinə uyğun davranmağa və ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. Meydanda və kənardakı davranışımız çox vacibdir. Lazım olanda təxribatlara öz reaksiyalarımızı da veririk".

Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Poliqon.info


Etiket: Qurban Qurbanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Fransada Xurşidbanu Natəvanın vandalizmə məruz qalan heykəlinin bərpadan sonra açılışı olub

Ən çox oxunanalar