Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Quli”ni öldürmək üçün Türkiyəyə dəstə göndərildi

İstanbul polisi hərəkətə keçdi...

Türkiyədə yaşayan azərbaycanlı “qanuni oğru” Nadir Səlifova (“Quli”) sui-qəsd planlaşdıran dəstə ələ keçib.

Yenisabah.az xəbər verir ki, Anri Malyi adlı ukraynalı kriminalitetin rəhbərlik etdiyi 16 nəfərlik dəstənin 1 üzvü rus, 4 üzvü gürcü, 3 üzvü ukraynalı, 8 üzvü isə azərbaycanlı olub.

Onlar Nadir Səlifovdan qisas almaq üçün Türkiyəyə gəliblər. Lakin İstanbul Polis İdarəsinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onların üzərindən 11 tapança, 1 AK 47 tipli avtomat və 222 güllə aşkar edilib.

Əməliyyat səhər saatlarında keçirilib. Polisin araşdırmaları davam edir.

Nadir Səlifov 25 illik məhkumluq həyatını başa vurandan sonra Türkiyəyə köçüb. Klassik “qanuni oğru”lardan hesab edilən sumqayıtlı Arif Mehdiyevin (“Lotu Arif” ) dəstəyindən sonra Nadir Səlifovun Azərbaycanın kriminal aləmində nüfuzu daha da artıb. Lakin o, əsas diqqətini Rusiyaya yönəldib. Burada isə gürcü əsilli “qanuni oğru” Zaxari Kalaşov (“Şakro Molodoy”) ona qarşı barışmaz mövqe tutub. Bəzi mülahizələrə görə, Zaxari Kalaşovla Nadir Səlifovun arasındakı konfliktin kökündə ikincinin kriminal aləmdə daha nüfuzlu şəxsə çevrilməsi ilə bağlıdır. “Quli” Rusiyanın kriminal seqmentini də tam fəth eləsə, o zaman Zaxari Kalaşov 1 nömrəli “qanuni oğru” kimi qəbul edilməyə bilər.

Nadir Səlifovla Zaxari Kalaşov arasında konflikt davam etdikcə ona qarşı təşkil olunan “sxodka”lar, yaxud fiziki cəhətdən məhv edilməsi ilə bağlı planlarda gürcü əsilli “qanuni oğru”nun adı çəkilir.

Məsələn, ötən ilin yayında gürcü əslilli “qanuni oğru” Quram Çixladze (“Kvejeoeviç”) ilə Nadir Səlifov arasında baş vermiş insidentdə Zaxari Kalaşovun adı hallandırılırdı. Bu insidentə görə, başqa bir gürcü əsilli “qanuni oğru” Badri Koquaşvilinin (“Badri Kutaisi”) Nadir Səlifovu kriminal dünyanın ali statusundan məhrum etmək cəhdləri də Zaxari Kalaşovun ayağına yazılırdı.

pia.az


Etiket: Quli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Ən çox oxunanalar