Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu FETÖ ilə bağlı saxlanılıb?

Azərbaycanda FETÖ-ya qarşı əməliyyat keçirilib.

Poliqon.info qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində 4 azərbaycanlı saxlanılıb.

Onlar FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, "Yurd" mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyevdir.

Türkiyə mediasında həmçinin daha bir nəfər partiya sədrinin də saxlanıldığı bildirilir.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, həmin partiya sədri Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğludur. O, bir neçə saat əvvəl vəkili Zibeydə Sadıqova ilə birgə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Onun saxlanılmasının FETÖ məsələsi ilə sıx bağlı olduğu bildirilir. Qeyd olunur ki, ADR sədri tez-tez ABŞ-nin Pensilvaniya ştatına səfər edib, Fətullah Gülənlə çoxsaylı görüşləri olub. 

Əldə etdiyimiz digər məlumata görə, Azərbaycanda bəzi sahələrdə olduğu kimi, media sektorunda da hələ də FETÖ ilə əlaqəli şəxslər var.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Ən çox oxunanalar