Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QRU Paşinyana ilk zərbəni endirir...

Ermənistanda iki xüsusi xidmət orqanının-Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçaturyan arasında telefon danışığının internetdə yayılması Nikol Paşinyanın hökumətini ciddi sarsıdıb

Hərçənd Paşinyan baş verənləri “şantaj” adlandırır və geri çəkilməyəcəklərini bildirir. Amma səs yazısı sübut edir ki, Ermənistanda keçmiş hakimiyyətin nümayəndələrinə qarşı aparılan istintaq siyasi sifarişə əsaslanır. Xüsusən KTMT baş katibi Yuri Xaçaturovun barəsində həbs qətimkan tədbirinin seçilməsinin göstərişini şəxsən Paşinyan özü verir.

Telefon danışığının kim, yaxud hansı ölkə tərəfindən qeydə alınıb sızdırıldığı hazırda qızın müzakirə mövzusudur. Və əksər ekspertlər, sosial şəbəkə istifadəçiləri bunu Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) işi hesab edirlər. Hərçənd səs yazısının yayılmasını ABŞ kəşfiyyatının işi hesab edənlər də var.

Məlum olur ki, səz yazısı hələ avqustun 5-də həmin gün açılmış YouTube kanalında yerləşdirilib, lakin fayl baş nazir Nikol Paşinyanın Moskvaya səfərindən sonra aktivləşdirilib. Bu isə təsadüfi ola bilməz. Hansı ki, baş verənlər Paşinyanın Moskvada Putinlə danışıqlarının xeyli gərgin keçdiyinə dair saytımızın əldə etdiyi məlumatları dolayısıyla təsdiqləyir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Artur Vanetsyan keçirdiyi mətbuat konfransında deyib ki, telefon danışığını 99.99 faiz ehtimalla onun başçılıq etdiyi strukturda yazmayıblar. Amma Vanetsyan hansısa xarici dövlətə də eyham vurmayıb, bunun keçmiş hakimiyyət nümayəndələri tərəfindən edilməsi ehtimalına daha çox üstünlük verdiyini nümayiş etdirib.

Telefon danışığına əsasən Vanetsyan müstəntiqlərin KTMT baş katibi Yuri Xaçaturovun barəsində həbs qətimkan tədbiri seçməyə hazırlaşdığını eşidəndə Sasun Xaçaturova deyir: “Brat, bircə bu Xaçaturovu yox, KTMT rəhbəridir, tam biabır olarıq”. Vanetsyan Xaçaturovun məsələsinin “siyasi problem” olduğunu deyir və Rusiya ilə hansısa “razılaşmadan” danışır.

Xaçaturyan isə məsələni baş nazirlə müzakirə etməyi ona məsləhət bilir: “Görürsən ki, mən artıq həbs barədə elan etmişəm”.

“Yaxşı, mən ona elə indi zəng edərəm”-Vanetsyan Paşinyana zəng vuracağını deyir. Habelə bildirir ki, keçmiş prezident Robert Köçəryanın işinə baxan hakim bir az qorxub. Amma Xüsusi İstintaq Komitəsinin rəhbər hakimə Köçəryanın həbs edilməli olduğunu tapşırdığını deyir: “Ona dedim ki, məni maraqlandırmır sən bunu istəyirsən ya yox, həbs barədə qərar çıxarmalısa”.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar