Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qorbaçov olmasaydı, SSRİ dağılacaqdı? - İmperiyanın ilk və son prezidentinin siyasi fəaliyyəti...

Doğrudanmı, Qorbaçovun “yenidənqurma” islahatları olmasaydı, SSRİ hələ də davam edə bilərdi?..

Politoloq: “Qorbaçov hakimiyyətə gələnə qədər SSRİ-də iqtisadi tənəzzül artıq çoxdan başlamışdı və depressiya həddində idi. Yəni “durğunluq dövrü” deyilən və iqtisadi depressiya ilə müşahidə olunan siyasi böhran SSRİ-ni bürümüşdü”.

“Qorbaçovun iflasını sürətləndirən addımlardan biri də SSRİ çərçivəsində azadlığa can atan xalqlara qarşı böyük repressiya addımlarının atılması idi”.

Bu sözləri politoloq Qabil Hüseynli SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun siyasi fəaliyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən axşam saatlarında SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov öldü. Bilirik ki, Qorbaçov heç də birmənalı qiymətləndirilməyən siyasətçidir və bir çoxları, hətta böyük əksəriyyət əmindir ki, Qorbaçov olmasaydı, SSRİ dağılmazdı.

Doğrudanmı, Qorbaçovun “yenidənqurma” islahatları olmasaydı, SSRİ hələ də davam edə bilərdi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Azərbaycan xalqı Qorbaçovu 20 Yanvarın faciəsinin baş təşkilatçısı və sözün əsil mənasında Qarabağda erməni separatçılarının baş qaldırmasına yaxından köməklik göstərən, Azərbaycan üçün 20 Yanvarda Qarabağ münaqişəsini yaradan mənfur bir lider kimi xatırlayacaq”.

Qorbaçov elan etdiyi iqtisadi dəyişikliklər mexanizmini həyata keçirmək üçün dəqiq yollar müəyyənləşdirə bilmədiyini düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Qorbaçovun komandası da islahatçı komanda deyildi. Onun komandasında mühafizəkarlar, sosializmin hərbi kazarma variantını təbliğ edənlər kifayət qədər güclü idi:

“Qorbaçov hakimiyyətə gələnə qədər SSRİ-də iqtisadi tənəzzül artıq çoxdan başlamışdı və depressiya həddində idi. Yəni “durğunluq dövrü” deyilən və iqtisadi depressiya ilə müşahidə olunan siyasi böhran SSRİ-ni bürümüşdü. Qorbaçov hakimiyyətə bir refermator - islahatçı libası ilə gəldi və “pereystroyka” - “yenidənqurma”, “qlasnost” - aşkarlıq” tezislərini gündəmə gətirdi. O, öz çıxışlarında, əhali ilə görüşlərində dönə-dönə təbliğ edirdi ki, onun məqsədi SSRİ iqtisadiyyatını yenidən qurmaq, iqtisadiyyatı qabaqcıl mövqelərə çıxarmaq, əhalinin maddi güzəranını yaxşılaşdırmaqdan ibarət olacaq. Eyni zamanda Qorbaçov Qərblə rəqabətə davam gətirə biləcək bir iqtisadiyyat quracağını vəd edirdi.

Bununla yanaşı Qorbaçov ideologiya və siyasi sahələrdə də dəyişikliklərin həyata keçiriləcəyini vəd edirdi. Bu məqsədlə o, “qlasnost” deyilən aşkarlıq xəttini irəli sürdü. Eyni zamanda o sosializmin yeni variantını “demokratik plüralizm” deyilən variantını işə salacağını və onun əsaslarını yaradacağını bildirdi.

Həqiqətən də SSRİ-nin iqtisadi sistemində müəyyən dəyişikliklərin elan edilməsi, siyasi sistemində müəyyən demokratik dəyişikliklərin elan edilməsi və həyata keçirilməyə çalışılması başa düşən xətt idi. Amma Qorbaçov bu xəttin həyata keçirilməsinə nail ola bilmədi və onun məğlubiyyəti bir imperiyanın süqutu ilə nəticələndi.

Üstəlik də o, elan etdiyi iqtisadi dəyişikliklər mexanizmini həyata keçirmək üçün dəqiq yollar müəyyənləşdirə bilmədi. Qorbaçovun komandası da islahatçı komanda deyildi. Onun komandasında mühafizəkarlar, sosializmin hərbi kazarma variantını təbliğ edənlər kifayət qədər güclü idilər.

Buna görə də Qorbaçovun islahatları ümumi sözçülükdən uzağa gedə bilmədi. Onun elan etdiyi siyasi dəyişikliklər isə SSRİ parlamentinin mahiyyətinin dəyişdirilməsi və parlamentə daha çox səlahiyyətlər verilməsi ilə başladı. Özü isə SovİKP-nin Baş katibi olaraq deyil, parlament sədri SSRİ-ni idarə etməyə başladı. Sonra isə parlament onu SSRİ-nin ilk prezidenti seçdi. Amma bütün bunlar SSRİ-ni xilas etmək üçün yetərli deyildi və yuxarıdan başlayan “yenidənqurma” qurma böyük xalq kütlələrinin azadlıq yanğısını təmin etmədiyi kimi, SSRİ-də “həbs edilən” çox saylı millətləri də qane etmədi.

Qabil Hüseynli: “Qorbaçovu iqtisadi və siyasi islahatları aparan komandasında boşboğaz adamların sayı kifayət qədər idi. Qorbaçov özü də yalnız danışmaqla işləri yoluna qoya biləcəyini zənn edirdi”.

Qorbaçov vəd etdiyi islahatları aparmaq üçün lazımi intellektual hazırlığa, lazımi intellektual səviyyəyə malik deyildi. Bu səbəbdən də Qorbaçovu iqtisadi və siyasi islahatları aparan komandasında boşboğaz adamların sayı kifayət qədər idi. Qorbaçov özü də yalnız danışmaqla işləri yoluna qoya biləcəyini zənn edirdi. Hər halda onun davranışları bunu ortaya qoyurdu.

Üstəlik də, Qorbaçovun qəbul etdiyi bir sıra qərarlar SSRİ iqtisadiyyatına ziyan vurdu. Məsələn alkoqolizmlə mübarizə adı altında SSRİ-də, xüsusən Azərbaycanda və digər qonşu ölkələrdə üzümçülük sahələrinin sıradan çıxarılması, şərab və şərab məmulatlarının istehsalını minimuma endirib, bunu alkoqolsuz itkilərlə əvəz edilməsini elan etməsi iqtisadiyyata ziyan vurmaqla yanaşı sosial gərginliyi artıran faktor da oldu. Nəticədə də, bunun nəticəsində də SSRİ-də şərabçılıq sənayesi tam çökdü və əhali alkoqollu içki əldə etmək üçün ən müxtəlif yollara əl atdı. Yəni alkoqollu içki içənlərin sayı azalmadı, sadəcə sənayenin bir qolu çökdü və sosial narazılıq daha da artdı.

Qorbaçov “soyuq müharibə” dövrünün səngiməsi istiqamətində də addımlar atdı. ABŞ-la hücum silahlarının məhdudlaşdırılması haqqında müqavilə imzaladı. ABŞ prezidenti Donald Reyqanla orta mənzilli raketlərin tamamilə ləğv edilməsi haqqında müqavilə imzaladı. Bu istiqamətdə onun xarici siyasətlə bağlı addımlarında müəyyən uğurlar oldu. İki sistem - sosializmin və Qərb sistemləri arasında qarşıdurma xeyli səngidi. Dünya müharibəsi təhlükəsi xeyli azaldı. Nəticə etibarilə nüvə silahlılarının tədricən ləğv edilməsi istiqamətində ciddi addımlar atıldı.

Qabil Hüseynli: “Ölkənin siyasi həyatının demokratikləşdirilməsi, sosializmin yeni variantı “demokratik plüralizm” variantına keçirilməsi haqqında vədlər sözdən uzağa getmədi”.

Amma bütün bunlar hərbi xərclərin azaldılması, iqtisadiyyatın yenidən qurulması istiqamətində yeni maliyyə mənbələri yaratmadı. Üstəlik korrupsiya da sürətlə böyüdü və Brejnevin zamanından daha böyük miqyas aldı. Buna görə də atılan addımlar uğurlu nəticələrə gətirib çıxarmadı.

Eyni zamanda ölkənin siyasi həyatının demokratikləşdirilməsi, sosializmin yeni variantı demokratik-sosializmin variantına keçirilməsi haqqında vədlər sözdən uzağa getmədi. Bütün bunlar nəticə etibarilə SSRİ rəhbərliyində mühafizəkar qüvvələrin Qorbaçova qalib gəlməsinə gətirib çıxardı.

Qorbaçovun iflasını sürətləndirən addımlardan biri də SSRİ çərçivəsində azadlığa can atan xalqlara qarşı böyük repressiya addımlarının atılması idi. O bu repressiyanı Litvada, Gürcüstanda, ən dəhşətlisini isə Azərbaycanda, Bakıda 20 Yanvar hadisəsini törətməklə həyata keçirdi. Buna görə də Qorbaçov tarixə yaxşı siyasətçi və refermator kimi daxil ola bilmədi. Qorbaçov daha çox SSRİ-də sosializmin quruluşunu dağıtmaq istəyən, rusların ifadəsi ilə desək Rusiyanın maraqlarını ABŞ-a satmaq istəyən siyasi xadim kimi yadda qaldı.

Bəs Qorbaçovun uğursuz islahatları olmasaydı, SSRİ-nin davam etməsi mümkün olacaqdımı? Bu suala birmənalı cavab vermək çətin olsa da, həmin dönəmdə SSRİ-ni bürüyən siyasi və iqtisadi tənəzzülü nəzərə alsaq bu demək olar ki, mümkün deyildi. Mənim fikrimcə Qorbaçov sadəcə tarixi zərurətin ifaçısı oldu.

Ümumilikdə isə Azərbaycan xalqı Qarbaçovu 20 Yanvarın faciəsinin baş təşkilatçısı və sözün əsil mənasında Qarabağda erməni separatçılarının baş qaldırmasına yaxından köməklik göstərən, Azərbaycan üçün 20 Yanvarda Qarabağ münaqişəsini yaradan mənfur bir lider kimi xatırlayacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Qəzza zolağında ölən fələstinlilərin sayı 39,2 min nəfəri keçib

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Ən çox oxunanalar