Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızların videosunu yayanı neçə il cəza gözləyir? - Qanun

Sərxoş vəziyyətdə olan qızların çılpaq görüntülərini yayan şəxs 2 il həbs cəzası ala bilər

PİA.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Səməd Vəkilov deyib. O bildirib ki, videonu yayan şəxs Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən şəxsi həyatın toxunulmazlığını pozub:

“Yayılan informasiyadan məlum olur ki, qadınların razılığı olmadan onların videoları yayılıb. Odur ki, həmin şəxs və ya şəxslərin əməlində Cinayət Məcəlləsinin 156 maddəsinin tərkibi var və o (onlar), 2 il azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. Əgər ehtiyatsızlıqdan törətmiş olsa, yəni ehtiyatsızlıqdan yaymış olsa, bu halda ona iki il azadlıqdan məhrumetmə cəzası verilsə belə, cəzanın rejimi məntəqə tipli olacaq”.

Hüquqşünas onu da qeyd edib ki, həmin videonu paylaşan digər sosial şəbəkə istifadəçiləri isə heç bir cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu isə insanların mənəviyyatına zərbə vuran, kriminal aləmin təbliğatı ilə bağlı olan materiallara qadağa qoyulması lazım olduğunu bildirib:

“Belə informasiyaların yayılması yolverilməzdir. Çünki bu cür informasiyalar mənəviyyata zərbə vurur və bunun olduqca qorxulu fəsadları ola bilər. Bütün bunlar onu göstərir ki, bu sahədə böyük qanun boşluğu var. Fikrimcə, tez bir zamanda xüsusi qanun hazırlanmalıdır. Qanunda əsas meyar o olmalıdır ki, insanların mənəviyyatına ziyan vuran və kriminal aləmin təbliğatı ilə bağlı materiallara qadağa qoyulsun. Demokratiyadır deyə, kim nə istəyir yaya bilməz. Bu, tamamilə absurddur. Demokratiya o demək deyil ki, insanlarımıza ziyan vuran materiallar yayımlansın. Belə informasiyalar insanların dəyərlərinə, davranışına, sağlamlığına təsir edirsə və cəmiyyətdə gərginliyi artırırsa, qadağan edilməlidir. Bu, tərəqqimiz və mənəviyyatımız üçün önəmlidir. Amma qanun layihəsi elə olmalıdır ki, senzuranı xatırlatmasın”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar