Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırılma nöqtəsi - Azərbaycan diplomatik korpusunun İranı tamamilə tərk etməsi hansı anlama gəlir...

Diplomatik korpusumuzun İranı tərk etməsindən sonra ölkələr arasında münasibətlər hansı səviyyəyə endi?..

Politoloq: “Tərəflər arasında son baş verən proseslərin və gərginliyin məntiqi nəticəsi belə olmalı idib”.

İran geri addım atmasa və rəsmi şəkildə üzr istəməsə, baş verən terror aktının əsil səbəbkarlarının kimlər olması ilə bağlı məsələni araşdırıb ortaya obyektiv nəticə qoymasa, Azərbaycanın təhlükəsizlik əməkdaşlarının da bu işə cəlb olunmasına şərait yaratmasa, bu krizin uzun müddət davam etmə ehtimalı var”.

Bu sözləri politoloq Samir Hümbətov Azərbaycan diplomatik korpusunun İranı tamamilə tərk etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan diplomatik korpusunun İranı tamamilə tərk etməsini necə dəyərləndirmək olar? Bu addım iki ölkə arasında münasibıtləri hansı səviyyə endirir və gələcək perspektivdə münasibətlər necə görünür?

İran-Azərbaycan münasibətlərinin son halını PİA.az-ın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini dayandırması təkcə İranAzərbaycan arasında olan gərginlik deyil”.

Digər dövlətlərin Azərbaycanın timsalında İranın xarici diplomatları qoruya bilmədiyini gördüyünü vurğulayan ekspert PİA.az-a bildirib ki, buna görə də həmin dövlətlər də bu barədə tədbirlər görəcəklər:

“Bəli, Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırdı. Səfirlikdə sadəcə olaraq 5 nəfərdən ibarət texniki heyyət qalıb. Onlar da diplomatik fəaliyyət yox, binanın və içində olan əşyaların qorunmasını həyata keçirirlər. İranda Azərbaycanın yalnız Baş Konsulluğu fəaliyyət göstərir. Onlar da vətəndaşların gəlib-getməsinə kömək etmək üçün orada qalıb.

Əlbəttə, tərəflər arasında son baş verən proseslərin və gərginliyin məntiqi nəticəsi belə olmalı idi. İranın son dövrlər artdığı addımların və Azərbaycana qarşı tutduğu mövqeyin nəticəsi ancaq belə ola bilərdi. Azərbaycan başa düşdü ki, onun diplomatlarının, xarici siyasətlə məşğul olan şəxslərinin can təhlükəsizliyi İranda təmin olunmur. Bu da haqlı olaraq Azərbaycanın öz diplomatik korpusunu oradan çəkməsinə səbəb oldu.

Düşünürəm ki, iki ölkə arasında olan gərginlik hələ davam edəcək. İran geri addım atmasa və rəsmi şəkildə üzr istəməsə, baş verən terror aktının əsil səbəbkarlarının kimlər olması ilə bağlı məsələni araşdırıb ortaya obyektiv nəticə qoymasa, Azərbaycanın təhlükəsizlik əməkdaşlarının da bu işə cəlb olunmasına şərait yaratmasa, bu krizin uzun müddət davam etmə ehtimalı var.

Samir Hümbətov: “Bu bir növ qırılma nöqtəsidir. Bu qırılma nöqtəsinin aradan qalxması üçün İranın kifayət qədər defort sərf etməsi lazımdır”.

Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini dayandırması təkcə İranAzərbaycan arasında olan gərginlik deyil. Eyni zamanda terror aktının yaradılmasına şərait yaradılmasını pisləyən dövlətlər də yavaş-yavaş öz diplomatik nümayəndəliklərinin İranda fəlaiyyət göstərməsini istəməyəcəklər. O ölkələr də İranın diplomatik münasibətləri ən aşağı səviyyəyə düşə bilər. Çünki hər bir dövlət öz diplomatının təhlükəsizliyini təmin etməyə çalışır.

Düşünürəm ki, digər dövlətlər Azərbaycanın timsalında İranın xarici diplomatları qoruya bilmədiyini gördü. Buna görə də həmin dövlətlər də bu barədə tədbirlər görəcəklər. Yəni tədbir olaraq onlar İrandakı səfirliklərini bağlaya, diplomatlarını geri çağıra bilər.

Diplomatların qorunmaması beynəlxalq hüquq baxımdan İrana böyük bir zərbədir. Yaxın müddət ərzində İran bunun acısını görəcək. Hesab edirəm ki, bu ikili münasibətlərdə də özünü göstərəcək. Bu bir növ qırılma nöqtəsidir. Bu qırılma nöqtəsinin aradan qalxması üçün İranın kifayət qədər defort sərf etməsi lazımdır. Əgər bu olmayacaqsa, nəticə İranın özü üçün daha fəlakətli ola bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket: Səfirlik İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan şəbəkə

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Ən çox oxunanalar