Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəzzaya son hava hücumlarında İsrail HƏMAS-ı niyə hədəf almadı?

İsrailin Qəzza zolağında fələstinli yaraqlılara qarşı son aviazərbələri HƏMAS-ın mövqelərinə zərər verməyib...

Poliqon xəbər verir ki, bunun səbəini analitiklər Nidal əl-Muğrabiya və Ceyms MakKenzi mayın 16-da Reuters Agentliyinə şərh ediblər.

Bu dəfə HƏMAS-ın əvəzində İsrail zərbələri İranın dəstəklədiyi Fələstin İslami Cihadı hədəf aldı və İslami Cihadın altı yüksək səviyyəli komandiri öldürdü. Qəzza boyunca onlarla raket şaxtaları, minaatan və tunel də məhv edilib.

İslami Cihad cavab olaraq İsrailə yüzlərlə raket atsa da, raket arsenalının dörd dəfə böyük olduğu təxmin edilən Həmas 2021-ci ilin mayında apardığı 10 günlük şiddətli qarşıdurmanın təkrarlanmasını istəmədiyi üçün müdaxilə etməyib.

“Həmas İsraillə qarşıdurmadan qorxmur, daha doğrusu, bu qədər tez genişmiqyaslı müharibəyə başlamaq istəmir”, deyə HƏMAS rəsmiləri ilə uzun illər işləmək təcrübəsi olan bir regional diplomat deyib.

Ötən həftə baş verən atəşkəsə səbəb olan danışıqlarda iştirak edən diplomat, məsələnin həssaslığına görə adının açıqlanmaması şərti ilə danışıb.

“İsrailin son on ildə dəfələrlə müharibə apardığı ən güclü Fələstin qruplaşmasını vurmaqdan çəkinməsi Qəzzəni 2007-ci ildən bəri idarə edən qrupla çətin münasibətlərə işarə edir”, deyə analitiklər bildiriblər.

“Hər iki tərəf andlı düşmən ola bilər, lakin onlar İsrail və Misir arasında cəmi 365 kvadrat kilometrlik sahil anklavında 2,3 milyon insanın yaşadığı Qəzzada sabitliyin əsas səviyyəsini saxlamaqda maraqlıdırlar”, deyə mənbələrdən biri bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar