Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətlə yetirilən Nərmin Quliyevanı son görən şəxslərdən biri məhkəmədə dindirildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində 2 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə Nərminin əmisi oğlu Ayxan Quliyev dindirilib.

Ayxan Quliyev bildirib ki, 10-yaşlı Nərmin itkin düşdüyü gün öncə əmisi Arif Quliyevgilə gedib, atasının göndərdiyi sellofan torbadakı gödəkçəni verib. Ardınca da üzbəüzdə - təxminən 15 metr məsafədə yaşayan digər əmisi Lətif Quliyevgilə keçərək, orada atası Şərifə aid gödəkçəni götürməyə gedib. Orada Ayxandan atasının gödəkçəsini alıb. Ondan sonra da azyaşlı qız itkin düşüb.

Daha sonra prosesdə ifadə verən Nərminin əmisi arvadı Nailə Quliyeva qayını qızının geyimləri haqda danışıb.

“Nərmin itkin düşdüyü gün - 19 noyabr 2019-cu ildə öncə bizə gəldi. Əlində göy paket vardı. Dedi ki, əmi, sənin kurtkandı, atam göndərib, gedirəm nənəmgildən anamın kurtkasını da götürüm, gedim. Qayınanam o biri qayınımgillə qalır, evləri yolun o biri tərəfindədi. Saat yarım sonra bacısı Şəbnəm gəldi ki, Nərmin evə gəlib çıxmayıb. Axşam qayınımın oğlu dedi ki, Nərmin itib”, - Nailə Quliyeva bildirib.

Onun sözlərinə görə, 47 gün sonra - 2020-ci il yanvarın 6-da əri Arif Quliyev qardaşı qızının paltarlarından tanıyıb:

“Polislər yaxına buraxmırdı, 10-15 metrdən gördü. Paltarlarından tanıdı. Ayağındakı idman ayaqqabısına oxşayırdı. Ayaqqabı olub, cins şalvar, “rozıvıy” kurtka, papaq, qırmızımtıl köynək”.

Vəkillərin meyiti kimin yuması ilə bağlı sualına qadın ziddiyyətli cavablar verib.

“Uşağın bibiləri meyiti yumağa getmişdi. Meyiti kimin yuduğunu bilmirəm, görməmişəm”, - deyə şahid bildirib.

Məhkəmə prosesi martın 9-da Nailə Quliyevanın dindirməsilə davam edəcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Axios: Netanyahu şəxsən peycerlərlə əməliyyatı təsdiqləyib...

Ən çox oxunanalar