Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb ekspertləri: Belqorodda baş verənlər Kremlin çaşqınlığının sübutudur...

Qərb ekspertləri Belqorod vilayətinə hücumda Rusiyanın müdafiə xəttinin zəifliyinin və Kremlin çaşqınlığının sübutu olaraq görürlər...

Qərb mətbuatı Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən “Rusiyanın Azadlığı” legionunun və “Rusiya Könüllülər Korpusu”nun Belqorod vilayətinə olan basqını təhlil edib.

Poliqon xəbər verir ki, Qərb mediası bu hücum Rusiyanın yaratdığı müdafiə xəttinin zəifliyini, Kremlin çaşqınlığını göstərdiyini yazıb. Ekspertlər hesab edirlər ki. baş verən insident Moskvanı sərhədə daha çox qoşun yeritməyə məcbur edə bilər.

Amerikanın Müharibə Araşdırmaları İnstitutu (ISW) son hesabatında yazır ki, Ukraynadan gələn qrupun hərəkətləri Rusiya rəsmilərinin ziddiyyətli bəyanatlarına səbəb olub. Belqorod vilayətinin qubernatoruVyaçeslav Qladkov antiterror əməliyyatı elan edib. Bölgədəki hakimiyyət Fövqəladə Hallar Nazirliyinin əhalini evakuasiya elanını təkzib edib. Kreml təxribatın köməyi ilə Kiyevin diqqəti Baxmutun Rusiya ordusu tərəfindən ələ keçirilməsindən yayındırmaq istədiyini bildirib. “Rusiya informasiya məkanında çaxnaşma, parçalanma və uyğunsuzluq var idi” deyə ISW analitikləri yazır.

Bəzi bloqqerlər Ukrayna uğrunda döyüşən Rusiya vətəndaşlarının hücumda iştirak etməsinə diqqət çəkiblər. Bəziləri isə diversiyanı informasiya əməliyyatı adlandırıblar və “Vaqner”in rəhbəri Priqojin hücumdan Müdafiə Nazirliyini tənqid etmək üçün istifadə edib. ISW-nin hesabatında bildirilir ki, “informasiya məkanında vahid ardıcıl reaksiya yox idi, bu, ilk növbədə, hücumun rus şərhçilərini təəccübləndirdiyini göstərir”.

The New York Times qəzeti yazır ki, həm Belqorod hakimiyyəti, həm də Kreml əvvəlcə baş verənlərin əhəmiyyətini azaltmağa çalışıb. Yalnız axşam saatlarında Belqorod qubernatoru Əks-Terror Əməliyyatı (KTO) rejimini elan etdi.

ISW Ukraynadan gələn qrupun Qora-Podil kəndindən 2 km aralıda yerləşən müdafiə istehkamlarının birinci xəttini keçə bildiyinə də diqqət çəkir. ISW qeyd edir ki, diversiya qrupunun bu xətti keçməyi bacarması, ən azı yaxşı təlim keçmiş və yaxşı təchiz edilmiş hərbçilər tərəfindən tam təchiz olunmamasının göstəricisdir.

“Bu Rusiyanın müdafiə istehkamlarının zəifliyinin göstəricidir”, deyə ISW analitikləri vurğulayır.

NYT hesab edir ki, Rusiyanın Belqorod vilayətindəki sərhədi minalar, səngərlər və maneələrlə güclü şəkildə möhkəmləndirilməlidir: Müharibə başlayandan bəri Rusiya hakimiyyəti bölgənin müdafiəsini gücləndirmək üçün təxminən 10 milyard rubl xərcləyib. Bunu yerli hakimiyyət orqanları fevral ayında bildiriblər.

Eyni zamanda, OSINTtechnical Twitter hesabı qeyd edir ki, sərhəd-keçid məntəqəsinə hücum edənlər əməliyyat üçün “maraqlı yer” seçiblər: “Qrayvoron hər iki tərəfdən Vorskla və Qrayvoronka çayları, digər iki tərəfdən isə Ukrayna sərhəd ilə əhatə olunub”, deyə OSINT tədqiqatçıları bildirir.

Ukraynanın keçmiş müdafiə naziri Andriy Zaqorodniuk NYT-yə bildirib ki, bu basqın mühüm əhəmiyyət daşıyır. Çünki Belqorod vilayətində döyüşlərə səbəb olan bu hücum Rusiyanı sərhəddə daha çox qüvvələrini yerləşdirməyə məcbur edə bilər ki, bu da cəbhə xəttində Rusiyanın mövqelərini zəiflədə bilər.

OSINT tədqiqatçıları Belqorod vilayətinə gələn yarımhərbi dəstənin bəzi üzvlərinə də diqqət yetirirlər. Bellingcat-ın araşdırmaçısıi Arik Toler xatırladır ki, “Rusiya Azadlığı” legionunun döyüşçülərindən biri kimi tanınan Aleksey Levkin 2014-cü ildə Ukrayna tərəfində “Azov” batalyonunda döyüşməyə gedib. Levkin “Wotanjugend” neonasist qrupuna rəhbərlik edib, həmçinin “Adolfkvlt” qrupuna da üzv olub və Hitlerə həsr olunmuş tədbirlərdə iştirak edib”, deyə Toler yazır. Hücumdan sonra Rusiya Daxili İşlər Nazirliyi Levkini axtarışa verib.

Xatırladaq ki, dünən Ukraynanın diversiya qrupu Qrayvoron sərhəd-keçid məntəqəsinə və qonşu yaşayış məntəqələrinə hücum edərək müharibə başlayandan bəri Rusiya ərazisində ən böyük döyüş əməliyyatınıhəyata keçirib. Teleqram kanalları xəbər verir ki, Belqorod vilayətində döyüş axşam saatlarına qədər davam edib. Ukrayna hərbi kəşfiyyatı hücumun Ukraynanın tərəfində vuruşan ruslardan ibarət “Rusiya Azadlığı Legionu” və “Rusiya Könüllülər Korpusu” tərəfindən həyata keçirildiyini bildirib.

Bundan əlavə, çərşənbə axşamı gecə Belqorod vilayətində FTX və Daxili İşlər Nazirliyinin binalarına pilotsuz təyyarələrlə hücum edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar