Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Təsir” növbəti tədbir – sərgi keçirilib

3 noyabr  Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə  44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Təsir” növbəti tədbir – sərgi keçirilib...

Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin 03 dekabr 2020-ci ildə Zəfər muzeyinin və Memorial kompleksin inşası ilə əlaqədar imzaladığı sərəncama əsasən, 2021-ci ilin yanvar ayından Mədəniyyət Nazirliyinin əmrinə əsasən Azərbaycan İstiqlal Muzeyi tərəfindən Zəfər muzeyinin fondlarının kompleksləşdirilməsi məqsədi ilə şəhid ailələri ilə görüş keçirilir və  şəhidlərin şəxsi əşyaları Zəfər muzeyi üçün toplanılır.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur. Bu məqsədlə  Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə diqqət və qayğı daima Azərbaycan Dövlətinin və Prezident cənab İlham Əliyevin nəzərində olub.

Poliqon xəbər verir ki, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli çıxış edərək, Vətən müharibəsində  şəhidlik zirvəsinə ucalan gizir Cəmil Həşimlinin,  kapitan Ramil Babayevin , əsgər Pərviz Novruzovun, çavuş Ruzi İbrahimovun və Xalid Mecdunovun, baş leytenant Məmmədhəsən Sadıqlının və Fərrux Hüseynovun əziz xatirələri yad edildi.

Daha sonra sərgidə muzey fondlarımızda qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər və  müxtəlif hərbi geyimlər nümayiş olunmuşdur.

Tədbirdə şəhid ailələri, Azərbaycan Dövlət Dəniz Akademiyasının kursantları, İRƏLİ İB könüllüləri və digər qonaqlar iştirak ediblər.

Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi noyabr ayının 10-na qədər davam edəcək.

Poliqon.info

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar