Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazın qiyməti niyə artdı?.. - “Azərqaz”ın büdcədən asılılğını ortadan qaldırmaq üçün başqa yol yox idi?

Qazın qiymətinin iki dəfə artırılması ilə əhaliyə dəyən ziyan hökümətin iddia etdiyi kimi sosialyönümlü tədbirlərlə kompensasiya oluna bilərmi?..

İqtisadçı-ekspert: “Əgər hökümət doğrudan da “Azərqaz”ın izafi və idarəetmə xərclərini azaltmaq istəsəydi və bununla da xərcləri azaldıb bu şirkətin büdcədən asılılığını ortadan qaldırmağa çalışsaydı, o zaman bu şirkətin daxilində islahatlar aparıb istədiyi məqsədə çata bilərdi”.

“Bu kimi qərarlar vətəndaşların real gəlirlərini azaldır və onları daha çox kasıblaşdırır. Dünənki qərarda məhz vətəndaşları daha çox kasıblaşdırmağa yönəlib”.

Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli qazın qiymətinin iki dəfə artırılmasını və bu barədə Tarif Şurasının verdiyi açıqlamanı PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Tarif Şurası əhali üçün qazın güzəşt paketini 2200 kubmetrdən 1200 kubmetrə endirib və faktiki olaraq qazın qiymətini iki dəfə artırıb. Bu artımdan istehlakçıların təqribən 50%-i ikiqat ziyan görəcək. Maraqlıdır ki, Tariş Şurası bu qiymət artımını təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığını aradan qaldırmaq məqsədi ilə əlaqələndirib. Qeyd olunub ki, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək. Yəni hökümət deyir ki, “Azərqaz”-a ayrılan vəsait indi sosial müdafiəyə ayrılacaq. Bəs niyə hökümət “Əlinin papağını Vəlinin başına qoyur” və sosial müdafiəyə ayrılacaq pulları elə kasıb əhalinin öz cibindən çıxarır?

Tarif Şurasının bu açıqlamasını nə qədər əsaslandırılmış hesab etmək olar və doğrudanmı “Azərqaz”ın büdcədən asılılğını ortadan qaldırmaq üçün başqa bir yol yox idi? Misal üçün bu günlərdə sosial şəbəkələrdə “Azərqaz”ın heç işlətmədən zibilliyə tulladığı sayğac “dağı”nın şəkilləri yayımlanmışdı. Bu “Azərqaz”ın ən bəsit və ilk baxışda görünən israfçılığı və eyni zamanda korrupsiyasıdır. Hələ sənədlərə nəzər salmaq imkanımız olsa nə qədər “korrupsiya dağları” ortaya çıxar. Bəs niyə hökümət “Azərqaz”ın və digər dövlət şirkətilərinin büdcədən dotasiyasını kəsmək üçün bu tip israfçılığın və korrupsiyanın qarşısını almaq üçün addımlar atmır, əksinə bu korrupsiya və israfçılığa yenə də yaşıl işıq yandıraraq dotasiya xərclərini vətəndaşın boynuna qoyur? Bu nə qədər məntiqli və nə qədər sosial yönümlü addımdır?

Bundan başqa qazın qiymətinin iki dəfə artırılması ilə əhaliyə dəyən ziyan hökümətin iddia etdiyi kimi sosialyönümlü tədbirlərlə kompensasiya oluna bilərmi? Yəni bu qiymət islahatını həyata keçirən hökümətin əsas məqsədi nədir?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “İndi sual olunur, bəs bu Müşahidə Şuraları hara baxır və yaradılan “İnvestisiya Holdinqi” niyə bu dövlət şirkətlərinin səmərəli fəliyyətini təmin etmək üçün hələ də bir proqram ortaya qoymayıb?”.

Azərbaycanda təbii inhisarçılar olaraq kommunal xidmət göstərən şirkətlərin göstərdikləri xidmətin doğru-dürüst maya dəyərini hesablanmadığına diqqət çəkən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, bu şirkətlər bu günə qədər satdıqları malın maya dəyərinin aşağı olmasında maraqlı olmayıblar. Çünki satınalmalar vasitəsilə onlar dövlət vəsaitlərini xərcləyirlər:

“Tariş Şurasının qiymət artımını təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığını aradan qaldırmaqla əlaqələndirməsi və büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcəyi ilə bağlı ortaya atılan iddia əsil həqiqəti gizlətmək məqsədi daşıyır. Əgər hökümət doğrudan da “Azərqaz”ın izafi və idarəetmə xərclərini azaltmaq istəsəydi və bununla da xərcləri azaldıb bu şirkətin büdcədən asılılığını ortadan qaldırmağa çalışsaydı, o zaman bu şirkətin daxilində islahatlar aparıb istədiyi məqsədə çata bilərdi. Çüni bu dövlət şirkətləri hamısı korrupsiya, digər mexanizmlərlə dövlət büdcəsinin vəsaitlərini mənimsəyirlər və bu dəfələrlə sübut olunub.

Məhz bu neqativləri ortadan qaldırmaq üçün bir müddət əvvəl prezident “İnvestisiya Holdinqi” yaratdı və bütün bu şirkətlərə nəzarət üçün Müşahidə Şuraları yaradıdı. İndi sual olunur, bəs bu Müşahidə Şuraları niyə yaranıb və yaradılan “İnvestisiya Holdinqi” niyə bu dövlət şirkətlərinin səmərəli fəliyyətini təmin etmək üçün hələ də bir proqram ortaya qoymayıb?

Haqlı olaraq müxtəlif ekspertlər, vətəndaşlar sual edirlər ki, Müşahidə Şuraları yaradılıb. Bu şura iri vergi ödəyicilərinin üzərində müşahidə aparırsa, onda niyə təsərrüfat fəaliyyətini sona qədər hesablamayıblar? Görünən odur ki, Müşahidə Şuraları ya vaxt azlığından, ya da peşəkar olmamaları səbəbindən bu işləri yerinə yetirə bilməyiblər. Biz ümid edirdik ki, bundan sonra Müşahidə Şuraları bu kimi problemləri aradan qaldıracaq və iri vergi ödəyiciləri olan dövlət şirkətlərinin səmərəli fəaliyyətini təmin edəcək. Amma hazırda görünən odur ki, idarəçilər kifayət qədər Müşahidə Şurasına tabe deyillər. Yaxud da səhiyyətlər Müşahidə Şurasına formal olaraq verilib. Mən onların istehsal olunan malların maya dəyəri ilə bağlı təkliflərini görməmişəm. Sadəcə olaraq büdcədən asaılığı azaltmaq adı altında əvvəlki idarəçilər yenə də öz işlərinin başındadırlar. Köhnələrin isə tək bildiyi şey elə vətəndaşın cibinə girməkdisə, qeyd edim ki, vətəndaşın cibinə girib onun son qəpiyini çıxarmaq hamının bildiyi asan yoldur...

Nazim Bəydəmirli: “Mən heç bir şey demirəm, sadəcə tenderlərə nəzəarət edilsə və o tenderlərdəki şişirdilmiş rəqəmlər normal rəqəmlərə çevrilsə, büdcənin sərbəstləşən vəsaiti birə üç artar”.

Niyə bu dövlət şirkətlərində səmərəli idarəetmə yoxdur? Niyə bazarda alça satanlar belə səmərəli çalışırlar, amma dövlətin div boyda şirkətləri bunu edə bilmirlər? Bu sualın cavabı o şirkətlərin idarəetməsindədir. Hökümət yaxşı olardı ki, bu məsələni həll edib sərbəstləşən vəsaiti sosialyönümlü tədbirlərə yönəldəydi. O zaman biz deyərdik ki, bunların bu neçə ildə çalışmaları bir nəticə verdi.

Mən heç bir şey demirəm, sadəcə tenderlərə nəzarət edilsə və o tenderlərdəki şişirdilmiş rəqəmlər normal rəqəmlərə çevrilsə, büdcənin sərbəstləşən vəsaiti birə üç artar. Axı bu tenderlərin böyük əksəriyyəti ancaq kağız üzərində reallaşır. Hökümət səmərəli fəaliyyəti təmin etmək üçün ilk növbədə bu sahəyə diqqt etməlidir. Həmçinin müxtəlif şirkətlər yaradaraq köçürmələr yolu ilə yüzmilyonlarla vəsaiti ölkədən çıxarırlar. Bu halda təbii ki, bu dşvlət şirkətləri səmərəli işləməyəcək və büdcə vəsaitlərindən asılı olacaq. Bu barədə illər boyu danışılır. Amma ortada nəticə varmı və bu problemlər öz həllini tapıbmı? Korrupsiyaya qarşı mübarizədən danışarkən bu açıq məsələlər niyə həmişə diqqətdən kənar qalır?

Baxın, o səmərəsiz fəaliyyət göstərən şirkətlərin idarəçiləri, hətta şöbə müdirləri, müxtəlif sektorlarda çaşlışanlarının hamısı günü-gündən varlanır, hətta milyonerə, milyarderə çevrilənləri var, amma müəssisə günü-gündən kasıblaşır və büdcədən daha çox asılı olur. Bu necə olur? Bilirsiniz, bunun necə olduğunu əslində hökümət çox yaxşı bilir...

Bildiyimiz kimi dövlətdən daha çox dotasiyalar alan qurumlardan biri də “Azərqaz”dır. Bu şirkətin də ziyanla işləməsinin bütün problemləri də idarəçilikdən qaynaqlanır və normal yanaşma tətbiq olunarsa, bu şirkətin ən qısa zamanda mənfəətlə işləməsi 2+2-dir.

Nazim Bəydəmirli: “Məmurlar hələ də prezidentin sözlərinin əsas məntiqini qəribçiliyə salırlar. Bu məntiq isə “bıçağı sümüyə dayamayın”, deməkdir. Lakin görürürk ki, məmurların böyük əksəriyyəti ancaq “bıçağı sümüyə dayamaqla” məşğuldurlar”.

Başqa bir məsələ də var ki, Azərbaycanda təbii inhisarçı olaraq kommunal xidmət göstərən şirkətlər göstərdikləri xidmətin doğru-dürüst maya dəyərini hesablanmayıb. Onlar maya dəyərinin aşağı olmasında da maraqlı olmayıblar. Çünki satınalmalar vasitəsilə onlar dövlət vəsaitlərini xərcləyirlər və burdan da şəxsi gəlirlərini artıtrlar.

Onu da qeyd edim ki, bütün bu məsələlərlə bağlı dövlət başçısı keçən il ətraflı danışdı. O belə qurumlar haqqında kardinal addımlar atılacağı bildirdi və bunun dözülməz hal olduğunu vurğuladı. Amma görünür ki, məmurlar hələ də prezidentin sözlərinin əsas məntiqini qəribçiliyə salırlar. Bu məntiq isə “bıçağı sümüyə dayamayın”, deməkdir. Lakin görürürk ki, məmurların böyük əksəriyyəti ancaq “bıçağı sümüyə dayamaqla” məşğuldurlar.

Dövlət şirkətləri vəziyyətdən çıxmaq üçün həmişə ən asan yolu seçirlər. Yəni xalqın cibinə girmək adət halını alıb. Bütün bu baş verənlər ölkədə sosial bərabərsizliyi daha da artırır, sistemin ədalətsizliyini pik həddə çıxarır və təbii olaraq insanlar arasında narazılıq yaranır. Həmçinin bu kimi qərarlar vətəndaşların real gəlirlərini azaldır və onları daha çox kasıblaşdırır. Dünənki qərarda məhz vətəndaşları daha çox kasıblaşdırmağa yönəlib”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Ən çox oxunanalar