Bakı şəhəri Sabunçu rayonunda bir qrup şəxs qazi adından istifadə edərək karantin qaydalarını sərt şəkildə pozub.
Adıçəkilən ünvanda fəaliyyət göstərən kafelərin birində gecə 03:30 radələrində polis əməkdaşları yollanıb.
Nazirlər kabinetinin qərarına əsasən, ictimai iaşə obyektlərinin saat 00:00-dan sonra fəaliyyət göstərməsi qadağan olunduğu halda kafe işlək vəziyyətdə olub.
Kafenin icarədarları karantin qaydalarını pozmadığını deyərək, mübahisəyə başlayıb.
Daha ətraflı Baku TV-nin süjetində:
pia.az