Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanın ən böyük taxıl istehsalçısıları olan Qasımovlar kimdir? - Fotofakt

Parlamentdə 2010-cu ildən deputat mandatı daşıyan Əsabil Qasımovun Qazaxıstandakı taxıl kombinatı üzə çıxıb

Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, kombinat “ДЖАРКУЛЬСКИЙ ЭЛЕВАТОР” Səhmdar Cəmiyyəti ( qazaxca “ДЖАРКУЛЬСКИЙ ЭЛЕВАТОР” АКЦИОНЕРЛІК ҚОҒАМЫ) tərəfindən idarə olunur. Qazaxıstanın ən böyük taxıl istehsalçısı olan Kustanay vilayətinin Fyodrovka rayonunda yerləşən 4 iri kombinatdan biridir.

Günlük taxıl qəbulu, qurudulması və təmizləmə gücü 6000 ton təşkil edir. ДЖАРКУЛЬСКИЙ ЭЛЕВАТОР”-un əsas səhmdarları deputata məxsus “Karat”, “Karmen”, “Aveta” və “Gəncə Dəyirman” məhdud məsuliyyətli cəmiyyətləridir. Digər səhmdarlar arasında fiziki şəxslərdən Əsabil Qasımov Qarakişi oğlu, oğlu Taleh Qasımov, deputatın qardaşları Eyyub Qasımov, Teyyub Qasımov, Elxan Qasımov, Səxavət Qasımov, Ataş Qasımov, Səxavət Qasımov və digər qohumları da var.

Səhmdar Cəmiyyət 2007-ci ildə yaradılıb, səhmlərin böyük hissəsi 2014-cü ildə deputatın şirkətləri və qohumları tərəfindən alınıb. Dövlət qeydiyyatı nömrəsi: КСТ-000204. Nizamnamə kapitalı 48 miyon 600 min tenqe, aktivləri 15 miyon 740 min avro təşkil edir. 2017-ci ildə gəlirləri 227 milyon 253 min tenqe (597 min 675 min dollar) olub. Balansında dövlət qeydiyyatından keçmiş 48 daşınmaz əmlak var.

Azərbaycan respublikasının Konstitusiyasından zəruri xatırlatma; Maddə 89. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir: 4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla).

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar