Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanda baş verən iğtişaşlar Türk Dövlətləri Təşkilatına qarşı planlaşdırılıb?

Qazaxıstanda baş verən iğtişaşların Rusiya tərəfindən Türk Dövlətləri Təşkilatına qarşı planlanması barədə məlumatlar yayılıb. İddialara görə hətta Rusiya göstərcəyi hərbi yardım qarşılığında prezident Tokayevdən 4 tələbi olub...

Politoloq: “Qazaxıstanda baş verənlər həm KTMT-nin, həm də Avrasiya İttifaqının zəifləməsinə, paralel olaraq Türk Dövlətləri Təşkilatının daha güclənməsinə və regionun əsas geosiyasi təşkilatına çevrilməsinə yol açacaq”.

“Hadisələr yaxın perespektivdə Rusiyanın uduşu kimi görünə bilər. Həmçinin Türk Dövlətləri Təşkilatına ciddi zərbə vurulmuş kimi də görünə bilər. Amma uzaq perespektivdə mən düşünürəm ki, Rusiyanın bu addımı, xüsusilə də bu cür aqressiv və təcavüzkar addımı həm qazax xalqında, həm də Orta Asiyadakı Türk Cumhuriyyətləri üçün çəkindirici faktor olacaq”.

Bu sözləri politoloq Natiq Miri Qazaxıstanda baş verən iğtişaşların Türk Dövlətləri Təşkilatına qarşı Rusiya tərəfindən planlaması ilə bağlı yayılan iddiaları PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Qazaxıstanda başlanan etirazı yatırmaq üçün prezident Tokayev KTMT-ə müraciət etdi. Bununla da rus qoşunları Qazaxıatana girdi. Rusiyanın Xarici İşlər Naziri isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına məxsus qüvvələrin Qazaxıstana göndərilməsini şərh edərkən, ölkədə baş verən etirazlara görə xarici gücləri ittiham edib.

“Bizə dost olan ölkədə baş verənləri Qazaxıstanın ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid yaratmağa çalışan xarici qüvvələrin cəhdi kimi qiymətləndiririk. Təlim keçmiş və silahlanmış qruplaşmalar gücdən istifadə edərək, öz niyyətlərinə nail olmağa çalışıb,” deyə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Rəsmi Moskva KTMT qüvvələrinin Qazaxıstana göndərilməsini bu faktla əsaslandırır. Yaydığı bəyanatda KTMT çərçivəsində imzalanan razılaşmanın müddəalarını diqqətə çatdıran qurum, “təşkilata üzv olan hər hansı dövlətin süverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə təhdid yaradan istənilən aqressiv silahlı hərəkətlərə qarşı hərbi dəstəyin göstərilməsinin vacib” olduğunu bildirib.

Bundan əlavə, Qazaxıstanda baş verən iğtişaşların Türk Dövlətləri Təşkilatına qarşı Rusiya tərəfindən planlaması ilə bağlı iddialar var. Türkiyə mətbuatında isə Qazaxıstanda baş verən iğtişaşların Rusiya tərəfindən Türk Dövlətləri Təşkilatına qarşı planlanması barədə məlumatlar yayılıb. İddialara görə hətta Rusiya göstərcəyi hərbi yardım qarşılığında prezident Tokayevdən 4 tələbi olub.

1. Krımın ilhaqının tanınması;
2. Rus dilinin Qazaxıstanda yenidən ikinci rəsmi dil kimi qıbul edilməsi;
3. Qazaxıstanda Rusiyanın hərbi bazalarının yaradılması;
4. Qazaxıstanın şimalında ruslara muxtariyyət verilməsi

Əslində bu tələblər Qazaxıstan kimi böyük və strateji əraziyə sahib olan bir ölkənin Rusiyanın fortpostuna çevrilməsi anlamına gəlir. Amma bütün bu iddiaların nə qədər doğru olub-olmadığını qarşımızdakı aylarda görəcəyik.

Qeyd edək ki, Anadolu agentliyinin yaydığı məlumata görə Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirləri Qazaxıstandakı siyasi vəziyyətlə əlaqədar fövqəladə toplantı keçirəcəklər. Bu barədə razılıq Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun Qazaxıstanın xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdi ilə telefon danışığı zamanı əldə edilib. Görüş yanvarın 11-də videokonfrans formatında baş tutacaq.

Görünən odur ki, hadisələrin başlanğıcında bir qədər susqun davranan Türkiyə Qazaxıstandakı hadisələrin inkişafında rol alamaq istəyir və Türkiyənin türkdilli ölkələrin lider dövləti olaraq Qazaxıstanda əmin-amanlığın bərpa olması üçün rol alması təbiidir.

Bəs Qazaxıstanda baş verən iğtişaşların Türk Dövlətləri Təşkilatına qarşı Rusiya tərəfindən planlaşdırılması ilə bağlı iddialar nə qədər doğru ola bilər? Eyni zamanda Rusiyanın Qazaxıstanda hərbi qüvvə saxlamasının Türk Dövlətləri Təşkilatının fəaliyyətinə hansı neqativ təsirləri ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Uzaq perespektivdə mən nə prezident Tokayevin, nə də Rusiyanın Qazaxıstanda perepektivini görmürəm”.

Rusiyanın varlığını uzaq perespektivdə Qazaxıstanda düşünməyin o qədər də ağılabatan görünnmədiyini bildirən politoloq düşünür ki, Qazaxıstanda baş verənlər Türk Dövlətləri Təşkilatının böyüyüb güclənməsi üçün stimul ola bilər:

“Əslində ilk baxışdan hiss olunur ki, Rusiya Qazaxıstandakı hadisəni fürsətə çevirib. Ehtiyac yarandığı təqdirdə hətta, qərar qəbul olunmamış Rusiyanın muzdlu qrupu “Vaqner”in 300 nəfərlik heyətinin Qazaxıstanın Almata aeroportuna enməsi haqqında informasiyalar var. Əlbəttə, KTMT-yə müraciət olunandan sonra rəsmi qaydada rus qoşunları Qazaxıstana yeridilib.

İlk baxışda bu Rusiyanın özünün təhlükəsizliyi baxımından bu addımı atıb və bu addım Moskva üçün müəyyən mənada geosiyasi qalxan hesab oluna bilər. Amma bu yaxın perespektivdə belə görünür. Hətta, bir az uzağa gedən bəzi siyasi təhlillər var. Onlar deyirlər ki, guya Rusiyanın Qazaxıstana hərbi müdaxiləsi Türk Dövlətləri Təşkilatına ciddi zərbə vuracaq və Təşkilatın perespektivi tamamilə aradan qalxacaq.

Amma mən belə düşünmürəm. Düşünürəm ki, ortada qazax xalqının bağışlamayacağı çox ciddi hadisələr baş verir. Hətta, Rusiya muzdlu qruplarının etiraz edən silahsiz insanlara atəş açması haqqında informasiyalar var. Ən nəhayət Türk Dövlətləri Təşkilatı mövcud ikən, prezident Tokayevin KTMT-yə, xüsusilə də Rusiyanın nüvəsi olduğu bir təşkilata müraciət etməsini də düşünürəm ki, qazax xalqı tərəfindən bağışlanmayacaq. Buna görə də uzaq perespektivdə mən nə prezident Tokayevin, nə də Rusiyanın Qazaxıstanda perepektivini görmürəm.

Natiq Miri: “Qardaş Türkiyənin təhlükəsizlik çətiri altında Türk Dövlətləri Təşkilatının böyüməsi və strukturlaşması daha da inkişaf etməsi konteksdində Türk Cumhuriyyətləri birgə hərəkət edəcəklər”.

Hadisələr yaxın perespektivdə Rusiyanın uduşu kimi görünə bilər. Həmçinin Türk Dövlətləri Təşkilatına ciddi zərbə vurulmuş kimi də görünə bilər. Amma uzaq perespektivdə mən düşünürəm ki, Rusiyanın bu addımı, xüsusilə də bu cür aqressiv və təcavüzkar addımı həm qazax xalqında, həm də Orta Asiyadakı Türk Cumhuriyyətləri üçün çəkindirici faktor olacaq. Əksinə, qardaş Türkiyənin təhlükəsizlik çətiri altında Türk Dövlətləri Təşkilatının böyüməsi və strukturlaşması daha da inkişaf etməsi konteksdində Türk Cumhuriyyətləri birgə hərəkət edəcəklər.

Əslində bu hadisə Türk Dövlətləri Təşkilatının böyüyüb və güclənməsi üçün stimul ola bilər. Buna görə də mən yaxın perespektiv üçün görünənləri deyil, uzaq perespektivə baxıb düşünürəm ki, bu Rusiya üçün Qazaxıstanda arzuolunmaz hadisələrə gəririb çıxara bilər. Necə ki, 1986-cı ildə qazax xalqına qarşı rus ordusunun törətdiyi qətliamları qazax xalqı unutmayıb, düşünürəm ki, bu hadisələri də qazax xalqı unutmayacaq. Buna görə Rusiyanın varlığını uzaq perespektivdə Qazaxıstanda düşünmək o qədər də ağılabatan görünmür.

Düşünürəm ki, Qazaxıstanda baş verənlər həm KTMT-nin, həm də Avrasiya İttifaqının zəifləməsinə, paralel olaraq Türk Dövlətləri Təşkilatının daha güclənməsinə və regionun əsas geosiyasi təşkilatına çevrilməsinə yol açacaq. Qazaxıstan həm KTMT, həm də Avrasiya İttifaqından qaçıb Türk Dövlətləri Təşkilatında daha da möhkəmlənməsi üçün şərait və stimul yaradacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar