Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxda “Sağlam gələcəyimiz üçün ağac əkin!” devizi altında ağacəkmə aksiyası keçirilib

Martın 11-də “Heydər Əliyev İli” çərçivəsində ADA Universiteti Qazax Mərkəzi, Heydər Əliyev Fondu və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam gələcəyimiz üçün ağac əkin!” devizi altında ağacəkmə aksiyası keçirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş ağacəkmə aksiyasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, ADA Universitetinin rektoru Hafiz Paşayev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Vətən müharibəsi iştirakçısı, “Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Sərhədçi İdman Mərkəzinin İdman Bölməsinin rəisi, polkovnik Firdovsi Umudov və digər qonaqlar, icra aparatının məsul şəxsləri, ADA Universitetinin, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, gənc könüllülər iştirak ediblər.

Qazax rayonunun Xanlıqlar kəndi ərazisində 4,5 ha torpaq sahəsində həyata keçirilən aksiya zamanı 1250 ədəd eldar şamı, 1250 ədəd sərv, 500 ədəd tuya, 500 ədəd çinar, 250 ədəd ərik, 250 ədəd badam olmaqla, 4000 ədəd ağac əkilib.

Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir. Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Poliqon.info


Etiket: Qazax


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Ağsuda “Kamaz” yol kənarına aşıb, bir nəfər xəsarət alıb

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Ən çox oxunanalar