Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda uşaqlar üçün tədbir keçirildi - Fotolar

İyunun 1-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Qaradağ” şadlıq sarayında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, Qaradağ RİH başçısı yanında Şuranın üzvləri, rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin, qazilərinin, övladları, eyni zamanda qayğıya ehtiyac olan uşaqlar və onların valideynləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov çıxış edərək bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırmış, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirmiş, müxtəlif beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq fərman və sərəncamlar imzalamışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşmışdır. Bu siyasətin davamı olaraq son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olmuşdur.

Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva öz çıxışlarında dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan danışdılar. Heydər Əliyev Fondunun bu sahədə nümunə olduğunu vurğuladılar.

Milli Qəhrəmanın həyat yoldaşı İmanova Badam və baş gizir Allahverdiyev Turab çıxış edərək 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə uşaqları təbrik edərək tədbiri təşkil edən Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Daha sonra tədbir bayram konsert ilə davam etdirildi. Cizgi film personajlarının, klounların şən zarafatları, rayonda fəaliyyət göstərən 28 nömrəli musiqi məktəbinin, C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbinin, 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin və digər kollektivlərin çıxışları bayram ovqatını daha da artırdı. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi.

Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ən çox oxunanalar