Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişi sürücüdən rüşvət alıb? - Video

Yük daşınması ilə məşğul olan sürücülər Qaradağ rayonu ərazisindəki yoxlama məntəqəsində onlardan rüşvət istənildiyini bildirirlər.

PİA.az xəbər verir ki, "Meydan TV"yə göndərilən videoda sürücü ilə müfəttiş arasındakı dialoq görüntülənib.

Görüntüdən belə aydın olur ki,  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişi sürücüdən fərqlənmə nişanına görə 70 manat tələb edir. Videoda qurumun şöbə rəisi Zaur Qasımov da əks olunub.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən "Meydan TV"yə bildirilib ki, qurumla “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin əməkdaşları eyni şirkətə məxsus bir neçə avtonəqliyyat vasitəsinin qanunvericiliyə əsasən tələb olunan “Fərqlənmə nişanı” almadan yükdaşıma xidməti göstərdiklərini aşkar ediblər:

“Avtonəqliyyat vasitələrinin məxsus olduğu şirkətin nümayəndəsi daşıma fəaliyyətinə görə qanunvericiliklə nəzərdə tutulan “Fərqlənmə nişanı” olmadan xidmət göstərdiklərini təsdiqləyib.

Lakin Mehman Məmmədov adlı kənar bir şəxs xidmətin əməkdaşlarına yaxınlaşıb. Telefonla video çəkiliş edərək iradlar bildirib və onların xidməti vəzifələrini yerinə yetirmələrinə mane olub. Əməkdaşlar Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edildiyini bildirdikdə o, tələsik ərazidən uzaqlaşıb. Hadisə ilə bağlı müvafiq akt tərtib edilib”.

Qurumdan bildirilib ki, bundan sonra Mehman Məmmədov sosial şəbəkələrdə Dövlət Avtomobil Nəqliyyatı Xidməti və “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-yə qarşı böhtan xarakterli paylaşımlar edir:

“Bildirmək istəyirik ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 2022-ci il fevralın 1-dən etibarən “Fərqlənmə nişanı”nın həm də onlayn qaydada verilməsi təmin edilib. Məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və sui-istifadə hallarının qarşısının alınmasıdır”.

Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 220-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyiciləridir. Bu vergi “Fərqlənmə nişanları” vasitəsilə ödənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Ən çox oxunanalar