Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağ rayonunda keçirilən reydlər zamanı əhaliyə tibbi maskalar paylanılır

Qaradağ rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış 35 mobil qrupların üzvləri ilə birgə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar gündəlik olaraq rayonun müxtəlif ərazilərində reydlər keçirirlər.

PİA.az xəbər verir ki,rayonun bütün qəsəbələrində mobil qrup üzvləri küçə və meydanlarda, bankomat qarşısında, marketlərdə olub vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edib qayğı və problemləri, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə maraqlanırlar.

13-14 oktyabr 2020-ci il tarixlərində mobil qrupların üzvləri rayonunun Lökbatan, Sahil, Puta, Korgöz, Qızıldaş, Ümid, Sanqaçal, Çeyildağ, Qobustan, Ələt və Müşviqabad qəsəbələrində tibbi maskasız olan əhaliyə tibbi maskalar paylanılıb.

Əhali ilə aparılan söhbətlər zamanı onlar ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü bütün zəruri tədbirlərin vaxtında görüldüyünü diqqətə çatdırmaqla bir daha vətəndaşları müəyyən edilmiş tələblərə ciddi şəkildə əməl etmələrinin, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsinin, əsasən, bankların və ticarət obyektlərinin qarşısında xüsusi işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyini bir daha qeyd edilib.
Tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı izah edərək sakinləri bütün bunlara riayət etməyə çağırıblar.

Bundan əlavə bütün qəsəbələrdə əhali sakinləri birmənalı şəkildə ölkə başçısının bütün göstərişlərinə əməl edəcəklərinə bildidərək, Dövlət Başçısının Qarabağ bölgəsində aparılan əməliyyatlardan məmnun qaldıqlarını, Ali Baş Komandanın əmrində olduğunu xüsusi vurğulayıblar.

Rayon əhalisi torpaqlarımızın geri alınması ilə əlaqədar xəbərlərdən sevindiyini və yeni-yeni şad xəbər gözlədiklərini bildirdilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

Ən çox oxunanalar