Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ”ın kapitanı: “Bunu edə bilsək, Finlandiyada problemimiz olmayacaq”

“Hər kəs “Qarabağ”ın yaxşı nəticələrinə alışıb”...

Bu sözləri Sportinfo.az-a müsahibəsində “Qarabağ”ın kapitanı Maksim Medvedev deyib. Təcrübəli futbolçu komandasının Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Helsinki” ilə cavab matçını dəyərləndirib.

- Ab-hava necədir?

- Şükür, hər şey yolundadır.

- Çətin səfərə yollanırsız. İlk oyunda yaxından tanıdığınız rəqiblə səfər matçı barədə nələr deyə bilərsən?

- Bəli, ilk oyunu analiz etmişik. Çalışacağıq ki, cavab oyununda o səhvləri etməyək. Daha düzgün oynayaq.

- Hansı səhvləri?

- Düşünürəm ki, Bakıdakı oyunda baş məşqçinin tapşırıqların tam yerinə yetirə bilmədik. Belədə boşluqlar yaranırdı.
- Finlandiyadakı oyunda əsas təhlükə hardan gələ bilər?

- Cavab oyununda baş məşqçimizin tapşırıqları tam yerinə yetirilsə, bizim üçün problem olmayacaq. Düzdü, Bakıda qalib gəldik. Məncə, daha da yaxşı çıxış edə bilərdik. Çox ciddi rəqibdir. Çalışmalıyıq ki, kiçik epizodları onlara verməyək.

- Növbəti mərhələ şansın necə görürsən?

- Böyük inamım var ki, mərhələni keçən tərəf olacağıq. Sadəcə çox diqqətli olmalıyıq.

- “Rakuv”la oyundan sonra çox tənqid olundunuz. Son iki oyundakı qələbənizə əsasən təzyiqləri arxada qoyduğunuzu düşünmək olar?

Təzyiq normal bir şeydir. Buna artıq alışmışıq. Hər kəs “Qarabağ”ın yaxşı nəticələrinə alışıb. Amma “Rakuv” zəif rəqib kimi görünməsin. Heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Amma müəyyən təzyiq oldu, futbolçuların üzərinə gəldilər. Bu hallara çox rast gəlmişik. Yolumuza davam etməliyik.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Ən çox oxunanalar