Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda 1 mina bu qiymətə zərərsizləşdirilir – Şok rəqəm

Mina probleminin miqyasının müəyyən olunması və həmin məsələnin beynəlxalq arenada qaldırılması məqsədi ilə beynəlxalq təşkilatlardan bəzisini ölkəmizə dəvət etmişik. Bununla əlaqədar may ayında nüfuzlu təşkilatın Azərbaycana səfəri gözlənilir.

Bunu ARB-24-ün “İş vaxtı” verilişinə açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib. O bildirib ki, Minalar Əleyhinə Konvensiyanın illik konfranslar üzrə prezidentinin Azərbaycana gəlməsi ilə bağlı danışıqlar aparılır:

“Bundan başqa, bu sahədə tanınmış şəxslərin, dünyaca məşhur kinoaktyorların Azərbaycana gəlməsinə çalışırıq. Hesab edirəm ki, dəvət olunun dövlət nümayəndələrinin və beynəlxalq təşkilatların hazırladıqları hesabatlar sayəsində biz o xəritələri ala biləcəyik”.

H.Səfixanov qeyd edib ki, Rusiyanın vasitəsi ilə Ermənistana müəyyən təzyiqlər göstərilərək minalanmış ərazilərin xəritəsini almaq mümkün olar:

Rusiya üçtərəfli bəyanatın bir tərəfidir. Ərazidə xidmət edən rus sülhməramlıların özü də minalanmış ərazilərdən əziyyət çəkirlər. Bu səbəbdən Rusiya sülhməramlıları və beynəlxalq təşkilatların özü bu işdə maraqlı olmalıdır. Xəritə Azərbaycana təhvil verilməlidir ki, ərazilərimiz minalardan sürətlə təmizlənsin. Çünki minaların təmizlənməsi külli miqdarda vəsait və vaxt aparan prosesdir. Bir minanın zavodda istehsalı 3-30 dollar, onun tapılıb çıxarılması isə 300-1000 dollara qədər vəsait tələb edir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Ən çox oxunanalar