Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin baş ağrısı... – Priqojindən sonra “Vaqner” kimə həvalə olunacaq?..

Kreml Özəl Hərbi Şirkətin avtonom şəkildə fəaliyyət göstərməsi fikrini dağıtmaqla yanaşı, “Vaqner”in xaricdəki güc və təsirini, eyni zamanda pul axınını saxlamağa çalışır...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti yazıb.

Putin iddia edir ki, ÖHŞ tamamilə Rusiya dövləti tərəfindən maliyyələşdirilir, lakin Kreml Priqojin artıq olmadığına görə bir çox ölkələrə səpələnmiş muzdlularla necə yola getməyin yolunu axtarır. Nəşr yazır ki, Kremldə bunun bir neçə variantı müzakirə olunur.

Variantlardan biri muzdliları Rusiya ordusuna inteqrasiya etməkdir, lakin bu, qəddarlığı və hərbi cinayətləri ilə tanınan “Vaqner” döyüşçülərinə uyğun gəlməyə bilər və onlar bu əmrə tabe olmaya bilərlər.

Digər variant isə müştəri dövlətləri razı salmaq və Rusiyanın xarici siyasətini pozmamaq üçün Priqojini başqası ilə dəyişdirmək və “Vaqner”in əməliyyatlarını olduğu kimi davam etdirməkdir. Lakin “Vaqner”in Priqojinə sədaqətli qalsa, bu da problem yarada bilər.

Alternativ olaraq, “Vaqner”i ləğv edə və muzdluları “Patriot” və ya E.H.O.T kimi mövcud özəl hərbi şirkətlərə paylaya bilər. Lakin bu qruplar “Vaqner”dən daha zəif və daha az təcrübəlidirlər.

Qəzet yazır ki, bütün halalrda “Vaqner” Kreml üçün əvəzolunmazdır və eyni imkanlara malik olan hərbiləşdirilmiş qruplaşma tapmaq heç də asan deyil.

NYT qeyd edir ki, müxtəlif Rusiya qurumlarından ziddiyyətli siqnallar gəldiyi üçün Putinin hansı yolu tutacağına dair qeyri-müəyyənlik var. Afrika və Yaxın Şərq liderlərinə zəmanət verilsə də, Kreml də son günlər “Vaqner” və Priqojin ətrafında daha geniş miqyasda ləğvetmələr aparır.

Qəzet bildirir ki, bu məsələdə Putin həssas görünür və ÖHŞ-lərlə bundan sonra nə edəcəyi ilə bağlı dəqiq planı yoxdur.

“O, çox güman ki, yaradılmasında iştirak etdiyi muzdlu ordunu cilovlamaqda çətinlik çəkəcək və bu, onun Rusiya təsirini saxlamaq üçün daxili və xarici səylərinə əhəmiyyətli təsir göstərə bilər”, deyə NYT vurğulayır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar