Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putini ömürlük həbsə qədər aparacaq Beynəlxalq Cinayət Məhkəməsinin istintaqı neçə gedir?

Ukrayna hökuməti, bütün qitələrdən 1,7 milyon ərizəçi, 50 eks-prezident və baş nazir və beynəlxalq hüquqşünaslar Putin və ətrafını hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək üçün bir araya gəliblər...

Gordon Brown
“The Independent” qəzeti, 21 aprel 2022-ci il

39 ölkənin tələbi ilə Vladimir Putinin bəşəriyyətə qarşı müharibə cinayətləri ilə bağlı istintaqı aparılır. Kərim Xan Beynəlxalq Cinayət Məhkəməsində (ICC) istintaqın prokurorudur.

İstintaqın əsas istiqaməti rus əsgərlərinin Ukraynada mülki şəxsləri qətl etməsi, təcavüz, işgəncə və şikəstliklə nəticələnən bədən xəsarətləri yetirməsi ilə bağlıdır. Xəstəxanaları, məktəbləri və ictimai binaları bombalamaqla, təyin edilmiş humanitar dəhlizləri və razılaşdırılmış atəşkəs rejimini pozaraq günahsız mülki insanları hədəfə almaq da istintaqın araşdırma dairəsinə daxildir. Əgər son xəbərlər doğrudursa, istintaq qadağan olunmuş kimyəvi silahların istifadəsini də əhatə edir.

Ötən həftə ABŞ prezidenti Bayden ilk dəfə Rusiyanı soyqırımda ittiham edib. Tarixən bu, Amerikanın hətta dünyanın digər yerlərində etnik təmizləmə aparıldığı iddia ediləndə belə, rəsmi ağaızlardan səsləndirməkdən çəkindiyi bir ittiham idi.

Aprelin 11-də Ukrayna prezidenti Vladimir Zelenski rus təcavüzkarlarının Ukrayna torpaqlarında törətdiyi hərbi cinayətlərin araşdırılması üçün beynəlxalq xüsusi hərbi tribunalın yaradılması üçün beynəlxalq tərəfdaşlarından dəstək istəyib.

Putinə qarşı cinayət ittihamının mətni aprelin 14-də Rusiyanın işğalçı müharibəyə başlaması və aparması əsası ilə dərc edilmişdi. Bu ittiham aktımı müharibə cinayətləri üzrə prokurorların beynəlxalq məhkəməyə təqdim edə biləcəyi bu işin mahiyyətini və ciddiliyini vurğulayır.

Hüquqi boşluq Rusiyaya qarşı cinayət işinə BCM-də baxıla bilməyəcəyi anlamına gəlsə də, (nə Ukrayna, nə də Rusiya BCM-in statusunu imzalayan ölkələr deyillər) Ukrayna və onu dəstəkləyən dövlətlərin iradəsi ilə xüsusi məhkəmə yaradıla bilər. Ukrayna hökuməti, bütün qitələrdən 1,7 milyon ərizəçi, 50 eks-prezident və baş nazir və beynəlxalq hüquqşünaslar Putin və ətrafını hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək üçün bir araya gəliblər.

Həm Nürnberqdə Hitlerin tərəfdarlarının mühakimə olunduğunu, həm də Yuqoslaviyada, Ruanda və Liberiyadakı hərbi cinayətlərin məhkəmə qarşısına çıxarıldığını, belə bir tribunalın heç vaxt yaradıla bilməyəcəyini, boş yerə ədalət axtardığımızı deyənlərə xatırladaq ki, Liberiyanın keçmiş lideri Çarlz Taylor müharibə cinayətlərinə görə 50 il həbs cəzasına məhkum edildikdən sonra indi Britaniya həbsxanasında çürüyür.

Putinin əmrlərini davam edən bu pisliklə birbaşa əlaqələndirən dəlillərin çeşidlənməsi aylarla davam edən zəhmətli və məhkəmə-tibbi araşdırmalar tələb etsə də, işğalın planlaşdırıldığı, hazırlandığı və bir müddət əvvəl başlayan hərbi təcavüz cinayəti indi asanlıqla əldə edilə bilən sənədlərlə sübut edilə bilər. Bu təşəbbüsün müəllifi professor Filip Sands iddia edir ki, bu sənədlər bir neçə həftə ərzində Putinə qarşı cinayət ittihamı irəli sürə bilər.

Nyu-York Universitetinin hüquq professoru Rayan Qudman və Vaşinqtondakı Amerika Universitetinin hüquq üzrə dosenti Rebekka Hamiltonun hazırladığı “Vəkil prezident Vladimir Putinə qarşı” işi üzrə nümunəvi ittiham aktında qeyd edildiyi kimi, Putinin əsas günahı təcavüz müharibəsidir. İttiham müttəfiqlərin 1942-ci ildə Londonda Hitleri və onun yaxın çevrəsini “sülhə qarşı cinayətlər” adlandırdıqları təcavüzünə görə mühakimə etməyə and içdikləri zaman 1946-cı ildə Nürnberq məhkəmələrinin əsasını qoyan bəyanata uyğundur.

Məhz Nürnberqdə işğalçı müharibə təkcə beynəlxalq cinayət kimi deyil, həm də “ən böyük beynəlxalq cinayət” kimi müəyyən edilmişdir. Sovet İttifaqında cinayətkar liderlərin beynəlxalq məhkəməyə çıxarılması ideyasının gündəmə gəlməsi də tarixin ironiyalarından biridir: O zaman hazırkı təcavüz müharibə tərifinin konseptual əsasını məhz rus hüquqşünas Aron Trainin qoydu.

Aprelin 14-də açıqlanan ittihamnamə prezident Putinə qarşı olsa da, təcavüzün tərifi (Roma Əsasnaməsində) “dövlət üzərində effektiv şəkildə nəzarəti həyata keçirmək və ya siyasi və ya hərbi idarələrə rəhbərlik etmək iqtidarında olan” digər yüksək rütbəli rus məmurlarına da şamil edilə bilər. Bu ittiham “bir dövlətin başqa dövlətin istifadəsinə verdiyi torpaqların üçüncü dövlətə qarşı təcavüz aktı törətmək məqsədilə digər dövlət tərəfindən istifadə edilməsinə icazə vermə aktı” ilə Belarus prezidenti Aleksandr Lukaşenkoya və digər yüksək rütbəli məmurlara qarşı da irəli sürülə bilər.

Putin daha da çılğın və barbar cinayətlərə əl atdığı üçün keçən həftə ortaya çıxan yeni vəhşiliklər ona qarşı beynəlxalq tədbir görülməsini daha da təcili və zəruri edir. Ukraynanın müttəfiqləri indi Rusiyaya qarşı sanksiyaları və səyahət qadağalarını genişləndirməlidir. Onlar təkcə tank əleyhinə raketlər deyil, həm də tanklar göndərməklə hərbi və humanitar yardımı gücləndirməlidirlər.

Lakin belə olan halda da, Putin hərəkətlərinin cəzasız qalacağını düşünə bilər. 200 ildən daha artıq bir müddət öncə Edmund Burk demişdi: “Pis adamlar bir yerə toplaşanda yaxşılar da iş birliyi etmək məcburiyyətindədir. Əks halda alçaq bir mübarizədə heç kimin mərhəmət etməyəcəyi bir fədakarlıqla tək-tək məhv olacaqlar”.

Ona görə də, indi qeyd etməliyik ki, biz kənarda durmayacağıq, birləşəcəyik və bütün dünyada Putindən əl çəkməyəcəyik. Putinin yaxın çevrəsinə çatmalıyıq ki, onlar da şərik olduqları cinayətlərə görə cəzalandırılsınlar.

Daha da önəmlisi, belə bir ittihamnamə ilə bağlı tez zamanda razılaşmaq Ukrayna xalqına göstərəcək ki, bütün dünya onların adından baş verənləri izləyir və biz müharibə cinayətlərinin cəzasız qalmasına imkan verməyəcəyik. Nürnberqdə də sübut etdiyimiz kimi, ədaləti təmin etmək üçün lazım olan qərarları da verəcəyik.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Maşında siqaret çəkməyin zərərləri – Yalnız qoxu ilə əlaqəli deyil

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Leysan yağacaq, külək əsəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

Blinken: ABŞ Ermənistanın bir neçə müraciətini araşdırır...

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Ən çox oxunanalar