Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Kim Çen Inla danışıqlardan və gələcək planlarından danışıb

Kim Çen In Rusiyaya dünən, sentyabrın 12-də gəlib. O, bu gün, sentyabrın 13-də səhər saatlarında “Vostochnı” kosmodromunda Putinlə görüşüb...

Prezident Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inla Uzaq Şərq regionundakı vəziyyətlə bağlı “səmimi fikir mübadiləsi” apardıqlarını və kənd təsərrüfatını da müzakirə etdiklərini bildirib. Onun sözlərinə görə, iki ölkənin nəqliyyat kommunikasiyaları sahəsində “çox maraqlı” layihələri var.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinin məlumatında bildirilib.

“Başlanğıc yaxşıdır. Çox məhsuldardır. Regiondakı vəziyyət, ikitərəfli münasibətlərlə bağlı çox səmimi fikir mübadiləsi aparılıb”, deyə Putin “Rossiya 1” telekanalının efirində bildirib.

Rusiya prezidenti əlavə edib ki, Kim Çen In Vladivostoka səfər edəcək, burada ona Sakit Okean Donanmasının imkanları göstəriləcək, o, həmçinin Uzaq Şərq Federal Universitetinə gedəcək və Rusiya Elmlər Akademiyasının obyektlərinə baxış keçirəcək. Sonra o, Komsomolsk-na-Amura səfər edəcək.

“Sədrin qarşıda böyük proqramı var. Buradan o, hələ Komsomolsk-na-Amura uçacaq, aviasiya avadanlığının istehsal olunduğu fabriklərə - həm mülki, həm də hərbi təyinatlılara baş çəkəcək”, deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, Kim Çen In Rusiyaya dünən, sentyabrın 12-də gəlib. O, bu gün, sentyabrın 13-də səhər saatlarında “Vostochnı” kosmodromunda Putinlə görüşüb. Onların geniş tərkibdə danışıqları bir saata yaxın davam edib. Sonra iki ölkə liderləri arasında təkbətək söhbət olub.

Kreml danışıqların çox məzmunlu keçdiyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Ən çox oxunanalar